Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəmərli rayonu

Tarixi
Qəmərli rayonu 1930-cu il sentaybrın 9-da yaradılıb. 1945-ci il sentyabrın 4-nə qədər Qəmərli rayonu, həmin tarixdən etibarən isə Artaşat rayonu adlanıb. Ərazisi 507 kv km-dir. Rayon mərkəzi respublika tabeli Qəmərli (dəyişdirilmiş adı Artaşat) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 29 km-dir.

Rayonun sərhədlərindən Zəngi və Araz çayları axır.

Qəmərli sözünün etimolji izahı /qam+ər+li/ bu sözün qədim türk mənşəyindən xəbər verir. Mütəxxəssislərin fikrincə qam sözü kiçik fonetik dəyişikliklərlə türk dillərində şəxs, tayfa və yer adlarında işlənir.

Ermənistan rəhbərliyi tərəfindən hələ SSRİ dövründə Qəmərli rayonu İrəvan şəhərinə yaxın yerləşdiyinə və münbit Ağrı vadisi torpaqlarını əhatə etdiyinə görə dəfələrlə inzibati dəyişikliklərə məruz qalmışdır. Belə ki, 1932-ci ilin inzibati ərazi bölgüsünə görə rayon ərazisində olan 102 yaşayış məntəqəsindən 72-də sırf azərbaycanlılar yaşayırdılar. Azərbaycanlı kəndlərin bu birliyini parçalamaq üçün 1937-ci ilin dekabrında Zəngibasar rayonunun yaradılması ilə əlaqədar Qəmərli rayonu ərazisindən 18 kənd ayrılıb bu yeni rayona qatılır. Lakin 1948-1951-ci il köçürmələri ilə əlaqədar olaraq Zəngibasar rayonu ləğv edilir və Qəmərli rayonuna daxil olan kəndlər yenidən bu rayona qaytarılır. 1969-cu ildə Zəngibasar rayonunun yenidən yaradılması ilə əlaqədar olaraq Qəmərli rayonu yenidən ərazi dəyişikliyinə məruz qalır. Bundan əlavə 1964-cü ildə Vedi rayonu ləğv olunaraq artıq erməniləşdirilmiş Qəmərli rayonuna qatılır. Lakin tezliklə Vedi rayonu bərpa edilir və Qəmərlidən ayrılır.

Kəndləri
Çatmadağ
Cənnətli
Çiləxanlı
İmanşahlı
Məsimli
Qarahamzalı
Yamancalı
Yuxarı Ağbaş (Qəmərli)
Sabunçu (Qəmərli)
Torpaqqala (Qəmərli)
Qaradağlı (Qəmərli)
Qafarlı (Qəmərli)
Qaraqoyunlu (Qəmərli)
Qaradağlı (Qəmərli)


Tarix: 07.02.2015 / 14:05 Müəllif: Feriska Baxılıb: 89 Bölmə: Qərbi Azərbaycan
loading...