Başlayaq Rusiyadan.
Əziz xanımlar! Əgər çəhrayı yanaqlı, burnunun ucu azacıq qızarmış, bəmbəyaz dərili, incə və sarı saçlı hər zaman araq iyi verən kişi istəyirsinizsə, o zaman sizi rus kişiləri ilə tanış edək.
Kənardan xanımına sahib çıxmağı bacarmayan kişi təsiri bağışlayan rus kişiləri sevdiyi qadın üçün hətta 10 adamla birdən əlbəyaxa olmağı bacarır. Adamı dinləmək baxımından problemləri olan əsəbi görünüşlü rus kişiləri hirslərini heç də üzərinizə tökməzlər. Mübahisə edərkən emosional, çılğın olurlar. Hətta belə hallar davaya da çevrilə bilir. Gözəl sözlər söyləməyi bacarmazlar. Söyləməyə çalışsalar da, səs tonları xoş olmaz. Əllərindən kiçik sürprizlər etmək gəlmir. Gülərüz olmağı sevməzlər. Qadın seçimində çox həssasdırlar. Bu da rus qızlarının demək olar ki, əksəriyyətinin gözəl olması ilə bağlıdır. Əyləncəni sevirlər, amma bunu qadınları üçün etmirlər.
Ümumiləşdirəndə isə rus kişiləri spirtli içkiyə düşkün, davakar sevişmə qabiliyyətləri orta səviyyədə olan, gözəl vücudlu, çirkin üzlüdürlər.
Bir az da italyan kişilərindən danışaq. Yaraşıqlı, baxımlı, şirnikləndirici sözləri dilindən əksik etməyən, sizə sitayiş edirmiş kimi görünən kişi axtarırsınız? O zaman italyan kişisini seçin. İtalyan kişiləri son dərəcə baxımlı, ağzından bal daman, sizinlə romantik anlar keçirəndir. Amma siz onun həyatında yeganə qadın olmaya bilərsiniz, çünki onlar şorgözdürlər. Üstəlik, italyan kişiləri yüksək tonla danışamağı sevirlər. Qadınların italyan kişilərdən çox şey gözlədikləri halda, xəyal qırıqlığına uğramaq ehtimalları bir o qədər çoxdur. Məsələn, buludların üzərində gəzəcəyəm, orqazmın dibinə qədər baş vuracağam, deyə düşündüyünüz halda, 3 dəqiqədə nə baş verdiyini anlamadan özünüzü artıq şirin yuxuda görə bilərsiniz... Yəni italyan kişilərinin özəlliyi, məşhurluqlarının özlərindən qat-qat çox olmasındadır. Təbii ki, rastınıza yaxşı sevişənləri də çıxa bilər.
Fransız kişiləri isə özünə qapalı, sirli, boş danışmağı sevməyən, çox mütaliə edən, gözəl danışmağın insan üzərindəki təsir gücünü yaxşı bilən, zövqlə geyinən olur. "Bu gecə sadəcə, bir-birimizi qucaqlayıb, yataq” – deyəcəyiniz potensiallı kişi axtarırsınızsa, onu tapdınız! Bu, fransız kişisidir! Olduqca mədəni, sağlam fikirli, siz danışanda, canla-başla qulaq asan, özünü bəyənən və hər qadına görə əl-ayağa düşən fransız kişiləri yataqda çox zəifdir. Fransız öpüşünü peşəkarcasına bacaran bu kişilər, necə deyərlər, dillərindən çox yaxşı istifadə edə bilirlər. Çox utancaq və çəkingən olan fransız kişiləri qadını əyləndirib, güldürməyi çox yaxşı bacarırlar. Amma sözün əsl mənasında sevgi, eşq kişisi olan fransız kişilərindən yataqda çox şey gözləməyin.
Skandinaviyalı kişilərə gəlincə, tüksüz, sarışın, bəmbəyaz dərili, muncuq kimi düzülmüş gözəl dişlidir. Sizi bərk-bərk qucaqlayan kişi istəyirsinizsə, onları seçməlisiniz. Əfsuslar olsun ki, skandinaviyalı kişilər sizinlə hər bir qəpiyinin haqq-hesabını aparar. Məsələn, yediyiniz yeməyin hesabını ortaq ödəyərsiniz, görüşdən sonra sizi evinizə qədər ötürməzlər, gəzməyə gedərsiniz, benzinin pulun yarısını cibinizdən verərsiniz. Evlilik məsələlərinə boş yanaşarlar, daha çox macəra düşkünü olarlar. Yeni yerlər görmək, yeni insanlarla tanış olmağa daha çox üstünlük verərlər. Bir sözlə, azad yaşamağı çox sevərlər.
Onların ulu babalarının vikinqlər olması sizi aldatmasın, skandinaviyalı kişilər çox bərbad sevişirlər.
Alman kişiləri isə intizamlı, dəqiq, sərt, qayda-qanunu sevən, mühafizəkar, dəyişikliklərə qapalı, pivə içməyi sevən, bəyaz dərili, başları yaxşı işləyən insanlardır. Qadına bağlanmaqdan qorxarlar. Amma sizə inanıb, güvənsələr, çox gözəl və sağlam münasibət qura bilərlər. Alman kişisi çoxbilmişdir, qabadır, utanmazdır və yaxşı sevişməyi bacarır. Onun davranışlarında yalnız yataqdakı davranışları sizi narahat edə bilər. Çünki alman kişiləri yataqda fərqliliyi çox sevir. Bununla belə, tək yaşamağı çox sevərlər. Buna görə də onların həyatına daxil olmağınız xeyli zaman ala bilər. Ev işlərini yaxşı bacarar, ütü işlərinə qədər maraqlanar, çalışqan, həyatın müştərək olduğunun çox yaxşı fərqindədirlər. Qadına azadlıq verməyin tərəfdarıdırlar. Uşaq tərbiyə etmək məsələlərində də uğurludurlar. Baxımlıdırlar, xarici görkəmlərinə çox fikir verirlər.
Türk kişilərindən xoşlanan qadınlar isə meyllərini yunan kişilərinə sala bilərlər. Çünki yunanlar türk kişisinin Avropa xəmırı ilə yoğrulmuş variantıdır. Yunanların da türk kişiləri kimi özlərinə inamı tamdır, ünsiyyətçildirlər. Çox danışıb, az qulaq asar, yataqda isə qeyri-adi bacarıqları olmaz. Yunan kişiləri kifayət qədər baxımlı olsalar da, müəyyən bir yaşdan sonra özlərini buraxırlar. Bununla belə, yunan kişiləri mətbəxdə çox qabiliyyətlidirlər, yaxşı yemək bişirirlər.
Filmlərdə, seriallarda gördüklərinizə aldanmayın. Amerikalı kişilərin heç də hamısı atletik görünüşlü, ünsiyyətcil, romantik, düşüncəli-filan deyillər. Çox kobud, düşüncəsiz, baxımsız, və gombul olurlar. Amerikalı kişilər sanki cilalanmayıblar. Toplum içində yaşamaqdan xəbərsizdirlər. Onların hər hansı bir davranışına görə xəbərdarlıq etdikdə, həmin dəqiqə kobudlaşırlar. Davaya meyillidirlər, romantik deyillər.
Sevişmək üçün ürəkləri gedir, amma yataqda çox kobuddurlar, qadına sərt davranırlar. İşlərini bitirdikdən sonra arxalarına dönüb yatmaq isə hobbilərdir... Sevgililərinə sahib çıxmazlar, çünki bunu etmək onlara çətin gəlir. Daxilən azad olmağı sevən, ev işlərindən uzaq, dağınıq tiplərdir.
Yapon kişilər istiqanlı, baxımlı, tez-tez danışan, düşüncəli və romantikdirlər. Təbii ki, onların hamısı bu göstəricilərə malik deyil, amma çoxluq təşkil edir. Gecə həyatını, əylənməyi çox sevirlər. Yapon kişisi şeir söyləyərək, sizi özünə heyran edə bilər. Sizi əldə etmək üçün dəridən-qabıqdan çıxar. İstədiyini aldıqdan və sizinlə sevgili olduqdan sonra sərt, qaba və ruhsuz birinə çevrilərlər. Onların yataqda performansları çox yaxşıdır, sizə dəyərli, sevimli olmağınızı hiss etdirərlər.
Çexiyalı kişilər ağıllı, səssiz, azadlıq tərəfdarı, düşüncəli və qərəzsiz olurlar. Qısqanc olmazlar, özlərinə həddən artıq güvənərlər. Görünüşcə yaraşıqlı və baxımlı olurlar. Xaraktercə inadkar olarlar. Çox danışmazlar, qadının arxasınca qaçmazlar, qısqanmazlar. İçkini sevərlər, əylənməyi bacarmazlar. Yataqda yaxşı deyillər.
Bu da sizə 10 fərqli kişinin ümumiləşdirilmiş xarakteri. Bundan sonra sevgili seçərkən hansı millətdən olacağına siz qərar verin.
Tarix: 26.02.2015 / 18:15 Müəllif: Aziza Baxılıb: 441 Bölmə: Maraqli Melumatlar