Sevgilinin sekslə bağlı biədəb arzusu olduğunu anlamısan. Məyus olmağa və ya hər şeyi dəqiqliklə yerinə yetirməyə tələsmə. Kişilər özləri də əslində, nə istədiklərini bilmirlər. Psixoloqlar isə bilirlər.
Bacarıqli Qadın
“Nə olardı, mən sadəcə uzanardım o isə özü hər şeyi edərdi”.
BU NƏ DEMƏKDİR: Kişi həyatında qlobal dəyişikliklər arzulayanda bu fikrə düşür. O, şüuraltı olaraq, təcrübəli qadının ona bəxş etdiyi orqazm sayəsində yığılıb-qalan problemlərindən qurtulmağa can atır. Bu, özünəməxsus eskapizmdir və çox nadir hallarda kişilər əsl “hetera”nın axtarışına çıxırlar.
SƏN ETMƏLİSƏN Yataqda xariqələr yarada bilən təcrübəli məşuqə obrazı sənə yaddırsa, onda bu rolu oynamağın heç bir mənası yoxdur. Psixoloqlar hesab edir ki, belə bir vəziyyətdə problemin həllini intim sahədə axtarmaq lazım deyil. Kişi, ilk növbədə, özündən baş açmalı, həyatını dəyişməyə, ondan ləzzət almağa qoymayan maneəni müəyyən etməlidir. Sən isə yəqin ki, onun yanında olacaqsan və lazım gələrsə, kömək edəcəksən.
Yatmış Gözəl
“Nə olardı, o, sadəcə, uzanardı, mən isə hər şeyi özüm edərdim”
BU NƏ DEMƏKDİR Belə hesab olunur ki, bütün kişilər açıq-saçıq və yataqda fəal olan qadınları sevir. Və ona görə də onların xoşuna gəlmək üçün biz var gücümüzlə özümüzü heç bir kompleksi olmayan qadın kimi göstərməyə çalışırıq, o isə sən demə, “yatmış gözəl” arzusu ilə yaşayırmış…
Amma unutma ki, burada qəribə heç nə yoxdur, məsələ yenə də problemin həddən artıq seksuallaşdırılmasındadır. İş ondadır ki, o artıq sevgilisinə uyğunlaşmaqdan, ona ayaq uydurmaqdan bezib və hər şeyi “tezbazar etməyə” can atır.
SƏN ETMƏLİSƏN: Belə vəziyyətlərdə narahat olmağa dəyməz. Çıxış yolu həmişə var. Gərginlikdən azad olmalı və seksi “daha maraqlı” etmək cəhdlərindən əl çəkməlisən. Daimi münasibətlər zamanı seks hər dəfə misilsiz və qeyri-adi olmaya da bilər. Kişi isə yataqda, heç olmasa, arabir eqoist olmalıdır.
93% kişi qeyri-adi yerlərdə sekslə məşğul olmağı arzulayır.
19% kişi öz həmcinsləri ilə sekslə məşğul olmaq istəyir
Güclü Cins
“Onun əl-qolunu bağlayıb, şappıldatmaq istəyirəm”
BU NƏ DEMƏKDİR: Bir çox hallarda kişilərin fantaziyalarındakı seks özündə zorlama elementlərini əks etdirir. Bəzən bu, fərdi xüsusiyyətlərlə şərtlənir. Bunu bəzən yataq otağından kənarda kişinin öz qadınına qarşı aqressiv münasibətini boğması ilə izah etmək olar. Sadist meyillər uzun müddət qadının, məsələn, qəddar ananın tabeliyində olan kişilərə də xas ola bilər. Burada psixoloji məqam öz işini görür: kişi öz qadınını zorlamağı arzu etməklə, sanki qəddar anasından qisas alır.
SƏN ETMƏLİSƏN: Seks zamanı insan qarşısındakına öz “iç üzü”nü göstərəndə və rədd edilməyəndə əsl rahatlanma baş verir. Sevgilinə zorlama elementləri olan oyunlar oynamağı təklif et. Əgər onun vəziyyəti xəstəlik dərəcəsinə çatmayıbsa, sadəcə, zorlama səhnəsini oynamaqla kifayətlənmək olar. Bununla belə o, şəxsi problemlərini real həyatda həll etməyə çalışmalıdır.
Sərfəli Satış
“Gecə kəpənəyi ilə sekslə məşğul olmaq Istəyirəm”.
BU NƏ DEMƏKDİR: Normal kişi üçün fahişə haqqında fantaziyalar ciddi emosional yorğunluqdan xəbər verən siqnaldır. O, həzz alarkən, kiminsə onun beynini “zorlamasını” istəmir. Əksər vaxtlarda kişilər ciddi münasibət qurmaq istəməyəndə pullu seks xidmətlərindən istifadə edir və ya istifadə etməyi arzulayırlar. Hətta bir gecəlik münasibətlərdə də qızı evə aparmaq üçün, onu yoldan çıxarmaq lazımdır. Bununla belə, hər bir kişi onda ikrah hissi oyatmayan fahişəni sifariş edə bilmir. Buna görə də onların əksəriyyəti yalnız arzulamaqla kifayətlənir. Arzusunu reallaşdıranlar isə qeyd edirlər ki, bu, daimi münasibətlərə heç bir təsir göstərmir. Amma həyatdan narazılıq da elə öz yerində qalır.
SƏN ETMƏLİSƏN: Bu qədər cəlbedici göründüyün və seksual fədakarlığa hazır olduğun halda ona fahişə lazım olur. Bu səni əsəbiləşdirir. Amma bu işdə sən ona kömək edə bilməyəcəksən…
Başa düş, söhbət səninlə intim həyatdan narazrlrqdan getmir. Çox güman ki, sevgilinə səninlə psixoloji ünsiyyət çətin başa gəlir. Ya da o, sadəcə, səninlə bölüşə bilmədiyi problemlərdən yorulub. Yaxşı olar ki, onu yumşaq bir tərzdə səmimi söhbətə dəvət edib, sənin üçün nə dərəcədə doğma və dəyərli olduğunu göstərəsən.
Daha Çox Qadın
“Bir qadın azlıq edir iki və ya üçü daha yaxşıdır”.
BU NƏ DEMƏKDİR: Əksər vaxtlar-da qrup şəklində sekslə bağlı arzular münasibətlərə görə məsuliyyətin inkarı ilə bağlı olur. Bu, kişi yaşadığı münasibətlər və əlaqələrdən güclü yorğunluq hissi yaşayarkən baş verir. O, eyni zamanda, tənhalıqdan da qorxur. Əslində, məhz cari vəziyyətdən təcrid olunmaqla o, baş verənləri dərk edə bilər.
SƏN ETMƏLİSƏN: Kollektiv orgiyalarda iştirak arzusundan əl çəkmək üçün kişi həyatda güclü gərginlik hiss etməlidir. Sən bunda ona kömək olmalısan. Onun arzularını sublimasiya məcrasına yönəlt. Onun emosional boşalma üçün başqa imkanları olmalıdır: fəal istirahət, maraqlı hobbi, yaxın adamlarla ünsiyyət, sevimli iş.
Nəzarət Altında
“Qaraşın gözəllərlə birlikdə pornofilmdə çəkilmək yaxşı olardı”
BU NƏ DEMƏKDİR: Adətən, özündən narazı olan, ürəyində nüfuz qazanmağacan atan, amma real həyatda buna nail ola bilməyən kişilər tamaşaçılar üçün ehtiras obyekti olmağı arzulayırlar.
SƏN ETMƏLİSƏN: Sevgilinə göstər ki, şübhə doğuran kinolayihədə iştirak etmədən də öz bədəni ilə başqalarını heyran etməyin bir çox üsulu var.
Məsələn, fitnes məşqlərində ətrafdakıları öz əzələləri ilə valeh edə bilərsən. Nə qədər qəribə səslənsə də, nümayişkar insanların daxili məmnunluğu üçün əksər vaxtlarda bu, kifayət edir. Belə olmayan halda isə dünyaya öz çılpaq bədənini göstərmək istəyi artıq eksqibisionizmdən xəbər verir. Bu cür insanın psixoloqun köməyinə ehtiyacı var.
Tanış Vəziyyət
“İş yoldaşımı, rəfiqəmi, onun rəfiqəsini paltarsız görmək istərdim”.
BU NƏ DEMƏKDİR: Kişilərə tanış qadınları (hətta ən yaxın dostlarının həyat yoldaşlarını) seksual partnyor rolunda qiymətləndirmək xüsusiyyəti xasdır. Lakin bu heç də o demək deyil ki, onlar nə vaxtsa bütün bu qadınlarla yaxınlaşmaq üçün real addımlar atacaqlar. Hətta belə bir imkan yaransa belə, onlar günah işlətməkdən, həyatlarının böyük səhvinə yol verməkdən boyun qaçıracaqlar. Amma bunu fantaziyalarda rahatca canlandırmaq olar.
Niyə də olmasın? Bunda heç kim sənə mane ola bilməz. Bəs bunun səbəbinin nə olduğunu bilirsən? Tanış qadınlar haqqında arzular vasitəsilə onlarla münasibətlərdə mövcud problemləri həll etmək olar. Məsələn, daha uğurlu iş yoldaşı və ya qəddar rəhbər xanımla seks istəyi, əslində, “kimin yuxarıda olduğunu” göstərmək arzusunu simvolizə edə bilər.
SƏN ETMƏLİSƏN: Onu hamıya və hər kəsə qısqanmaqdan əl çək! “Qısqanırsansa, sevirsən” fikrindən əl çək və artıq sakitləş! Bunu etməklə münasibətlərinə çox böyük ziyan vura bilərsən. Həm də bu zərərsiz fantaziyalardan bu qədər qorxmağa, ümumiyyətlə, dəyməz. Çünki əksər vaxtlarda həmin düşüncələr eynilə səninkilərə bənzəyən zərərsiz fantaziyalardan ibarət olur. Boynumuza alaq ki, biz qadınların da beynindən arabir oxşar fikirlər keçir.
VLADİMİR ALEKSANDROV, ailə psixoloqu, psixoterapevt:
“Kişilərin öz narahatlıqlarını seksuallaşdırmağa meyilliliyinə etinasız yanaşmaq məsləhət deyil. Qadınlar bu cür narahatlıqlarını öz rəfiqələri ilə bölüşə bilərlər. Kişilər isə bu sayaq problemlər haqqında öz dostları ilə ya nadir hallarda, ya da ciddiyə almadan danışırlar. Sənin sevgilinin psixoloji inkişafı, əsasən, onun seksual təcrübəsindən asılıdr, fantaziyaların realizəsi isə həqiqətən də onun dünyagörüşünə çox güclü təsir göstərir.
Bir çox hallarda partnyorlar bir-birinə öz “iç üzləri”ni göstərməyə çətinlik çəkirlər. Çünki onlar şüuraltı anlayırlar ki, erotik arzuların arxasında münasibətlərini həmişəlik məhv edə bilən şeylər durur. Bununla belə, bir-birinizlə səmimi olmağa çalışın və unutmayın ki, bu zaman bir-birinizin yalnız müsbət keyfiyyətlərini deyil, həm də hər birinizə xas olan, kişilərdə qəribə və hətta səfeh seks-fantaziyalar şəklini ala bilən, dərində gizlətdiyiniz qorxu və kompleksləri qəbul etməlisiniz. Əgər sən də belə bir vəziyyətlə üzləşmisənsə, öz xəyalpərəst sevgilinə dəstək olmağa çalış. Misal üçün, yataqda hər şeyin mümkün olduğu konkret günlərlə bağlı razılığa gəlmək olar. Və ya birlikdə ailə psixoloquna müraciət edə bilərsiniz. Yeri gəlmişkən, əksər vaxtlarda bunun köməyi dəyir”.
Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 601 Bölmə: Maraqli Melumatlar