Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seks ayıbdırmı?

Cinsəllik insan həyatının bir parçasıdır. Zaman dəyişər, cəmiyyət adəti, ənənələri dəyişər, amma bu gerçək dəyişməz. Bu gerçək var olsunda insanlar bu haqda danışmasın, bu gerçək sənət əsərlərində əks olunmasın, görülmüş şeydirmi bu? Əlbəttə yox.

Görülmədiyi üçün də ,insanlar özünün dərk etməyi biləndə ,aşkarda ya da gizlində bu haqda çox danışmışlar. Bunun əxlaqla bir əlaqəsi yoxdur. Hindistanda, bütün divarları cinsi aşan səhnələri ilə bəzənmiş məbədlər vardır. Zen dininin Tantra məzhəbində, qadın və kişi cinsi orqanları müqəddəs işarələrdir. Tantranın müqəddəs əl yazmaları, cinsi orqanların (Yenil və Yang) və cütləşmə (daha doğrusu təkləşmə) səhnələrinin şəkilləri ilə bəzəlidir.

Nietzschenin məşhur, “Erosu zəhərləyən tək tanrılı dinlər olmuşdur.” sözü bir gerçəkdir, amma zəhərlənmiş də olsa Eros həyatını davam etdirməyi bacarmışdır. Bəlkə tək tanrıya inanan cəmiyyətlərdə, cinsi sənət, Yaponiyada, Çində olduğu kimi bir inkişaf göstərməmişdir amma insan surətini qadağan edən İslam dininin etibarlı olduğu ölkələrdə, birliklərdə belə erotik bir sənət vardır. Şübhəsiz hər cəmiyyət, öz xüsusiyyətləri içində bir cinsi eşq sənəti yaratmışdır. Bu səbəblədir ki bu gün, bir Yapon, bir Hind, bir Çin, bir Avropa, bir İslam, bir Afrika, bir Okeana erotizmindən danışılmaqdadır.

Başda Min bir Gecə Nağılları olmaq üzrə, bütün İran və Osmanlı (həm xalq, həm divan) şeri, Mevlananın ulu Məsnəvisi erotik elementlərlə doludur.

30 il əvvəl, 1956-cı ilin Noyabr ayında bu gün cib kitabı olaraq satılıb da çox bir oxucunun marağını çəkməyən, cinsi eşq ədəbiyyatının ən cəsur yazıçısı Marquis də Sadənin kitablarını nümayiş edən Jean Jacques Pauvert adlı yaymağın özünü mühakimə orqanlarının qarşısında tapıb.

Bu kitabı yaymaqla günahlandırılan Pauverti müdafiə edən hüquqçu Maurice Garçon düşüncə azadlığı və qadağan etmələrlə əlaqədar tarixi əlaqədar tarixi məlumatları verdikdən sonra belə deyər: 3 sentyabr 1971-ci il konstitusiyası ,hər adama düşüncələrini söyləmək haqqı verir.
Daha sonra belə deyər ,” Bunu da ifadə edim ki ,cəmiyyət əxlaqı mövzusunda, mühakimə orqanları, hər vaxt yaşadıqları zamanın 30 il gerisini düşünürlər”.

Fransanın ən hörmətli yazarlarının ,mütəfəkkirlərinin müdafiə etmə şahidi olaraq iştirak etdiyi bu iddia nəticəsində Pauvert məhkum olmuş , Marquis də Sadənin kitabları yox edilmişdir.

Sağdan ya da soldan ya da ortadan biri çıxıb soruşa bilər: Cəmiyyət əxlaqını qorumaq lazım deyilmi? Şübhəsiz lazımdır. Amma cəmiyyət əxlaqını tək uçkur sadələşdirənlərin qoruya bilmədikləri başqa əxlaq dəyərləri vardır deməkdir. Cəmiyyətin bütün “maddi və mənəvi” dəyərləri qorunduğunda, cinsəllik də, onun xaricə vurumu da, sənəti də, həyatı da o əxlaqın çərçivəsi içindəki gerçək yerlərini götürər.

Beləcə qadağan etmədən və qadağan edilməkdən qurtulmaq olar. Qadağan etmə ehtirasını xarakterizə edəcək ən yüngül ayıbdır.


Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 242 Bölmə: Maraqli Melumatlar
loading...