Cinsi həyatınıza həyəcan və əyləncə qatmaq üçün yeni mövqelər təcrübə edə bilərsiniz.
Cinsi repertuarınız yalnız ənənəvi pozalardan ibarətdirsə, cinsi həyatınıza yeni rəng qatacaq pozaları sınaqdan keçirmənizin zamanı gəlmişdir. Yataqda sınamağınız üçün sizlərə bir neçə yeni kefli mövqe təklif olunur.
Kefinizə baxın!
Tərs missioner
Missioner bütün seks mövqeləri arasında ən asan tətbiq olunanlardan biridir, kişi üstədir və bu qədər!
Amma klassikliyi bir az rəngləndirmək istəsəniz, tərs missioner mövqesinə bir şans verməniz yerinə düşər.
Necə?
Kişi kürək üstə uzanmışkən qadın üzü ona tərəf partnyorunun üzərinə çökər. Birləşmə təmin edildikdən sonra qadın qıçlarını kişinin baş tərəfinə doğru uzadaraq yüngülcə önə doğru əyilər və ağırlığını əllərinə və qollarına verər.
Yoqa
Yoqa mövqeyi ən gözəl şəkildə kef almaq üçün mükəmməl bir mövqedir.
Necə?
Qadın sərt bir yerdə kürək üstü uzanaraq yoqada istifadə edilən körpü mövqeyini təqlid edərək kürəyini qaldırar və əlləri və ayaqları üzərinə yüksələr. Daha sonra kişi dizləri üzərinə çökərək birləşməni təmin edər.
Qucaq rəqsi
Bu çox asan mövqe ilə kişinizə xoş anlar yaşada bilərsiniz.
Necə?
Kişi əllərini arxaya söykəyərək bir yatağın ya da divanın kənarına oturar. Qadınsa üzü partnyoruna dönük bir şəkildə onun qucağına oturar və birləşmə reallaşar.
Sirk əcaibi
Bu mövqe bir az çoxca elastiklik tələb etdiyindən belə adlanır.
Necə?
Partnyorlar üz-üzə ayaq üstə dayanarlar. Qadın bir qıçını kişinin çiyininə doğru qaldırar və kişi də dəstək üçün partnyorunun qıçını tutaraq birləşməni realllaşdırar.
Cinsi həyatınıza bir az əyləncə və ehtiras qatmaq üçün bu yeni mövqeləri təcrübə edə bilərsiniz...
Tarix: 23.11.2014 / 15:06 Müəllif: Aziza Baxılıb: 88 Bölmə: Maraqli Melumatlar