Akademik A.A. Boqomoltsev yazmışdır ki, istəyi qorumaq gərəkdir; o, yaradıcılıqda, məhəbbətdə, uzunömürlülükdə yenilməz stimuldur. Bunun üçün kişilər ilk növbədə cinsi funksiyanı qorumağı bacarmalıdır; belə ki, fiziki əmək və mədəniyyətlə, idmanla məşğul olmalıdır. Akademik N. F. Qamaleya göstərmişdir ki, uzun müddətli cinsi funksiyanı saxlamaq üçün cinsi istəyi daima gözləmək vacib şərtdir. Deməli, sağlamlıq intim həyatdan ayrılmazdır. Bu mənada seks ər-arvad arasındakı məhəbbəti və harmoniyanı qoruyur, inkişaf etdirir. Biz onda itiririk ki, qadınla kişinin bir-birini baş düşməsində seksin yaratdığı harmoniyanı adamlardan gizlədirik. Qadın və kişi bilmədir ki, seks - təkcə bioloji tələbat olmayıb, həzz mənbəyidir. Hər iki partnyor bir-birinin seksual tələbatını bilməli və mənimsəməlidir. Məhz belə məqamlarda intim münasibət harmonik mühit yaradır və sevinc, həzz mənbəyinə çevrilir. Seksin yalnız fiziki mənada uzunömürlülükdə rolunu dar çərçivədə təsəvvür eləməməliyik. Əgər cavan nişanlılar evlənməkdən qabaq seks haqqında aydın və müəyyən təsəvvürə, biliyə yiyələnmirsə, sonralar ayrılmaq təhlükəsi uzaq olmaz. Belə ki, cinsin əks xüsusiyyətlərini mənimsəməli, seksin anatomik və fizioloji cəhətlərindən baş çıxarmalıdır. Seksin uzunömürlülük yollarında bir faktor olması qədim çin fəlsəfəsi təlimdə - daoizimdə də geniş əksini tapmışdır.
Qadın-kişi münasibətindəki seksual harmoniya hər iki tərəfin bir-birinə bağlılığını şərtləndirir. Daosist Sun Syu Ma qeyd eləmişdir ki, kişi qadınsız ömür sürməməlidir, eləcə də qadın kişisiz. Axı, intim münasibət dərin emosiya və həzz mənbəyinə çevrilir, insanın instinktiv davranışın ödəyir: əgər intim münasibətlər heyvanlara da instinktiv verilibsə, deməli seksologiyanın tarixini araşdırmaq lazım gəlir. E. ə. II əsrdə yaşamış məşhur həkim Qalen maraqlı fikir söyləmişdir: «Yaxınlıqdan sonra bütün canlılar kədərlənir, yalnız qadınlar və xoruzlardan savayı».
kişi və qadın münasibətlərinin seksual harmoniyasıİntim münasibətin qorunması kişi üçün zəruri keyfiyyətdir, ailə həyatının harmoniyası üçün. Ona görə ki, insanlar yüksək dərəcədə məhəbbət, xoşbəxtlik hissləri keçirirlər. İnsanları belə bir davamla həzz müşayiət eləyirsə, bədbəxtliyi kənar amillərdə axtarmaq əbəsdir. Eyakulativ vəziyyəti idarə və nəzarət etməlidir ki, həyat axarından qalmasın. Məşhur Çin həkimi Li Lunsyan (XII əsr) yazmışdı: «Мужчина должен научиться и развивать способность к задержанию эякуляции до полного удовлетворения полового партнера».
Gənclərimiz sağlam ailə mühitində yaşayırsa, onların sağlam uşaqları dünyaya gəlir və təbiidir ki, çox da ömür sürərlər. Bu isə İnsana verilmiş əvəzsiz nemətdir.
Seksual mədəniyyət anlayışı barədə danışmağa mənim fikrimcə, daha çox ehtiyac duyulur. Seksuallıq kompleks sahələri özündə ehtiva edirsə, bu harmoniyanı birləşdirən, mütəhərrikləşdirən seksual mədəniyyətdir. Dünyanın tanınmış seksoloqlarından Qalen (e.ə.II əsr), Li Luisyan, A. Kinzi, David Royben, L. Jukovskaya, I.S. Kon, Mastess, D. Kapustin, Yeji Qarelik və qeyriləri seksual mədəniyyətə bu və ya digər şəkildə toxunmuşlar. Əgər bəşər nəsli özünün təbii genetik dəyərini qorumağa cəhd göstərir və bu prosesi yerinə yetirirsə, bəs mane olmağa hansı əsasla çalışırıq? Sual daima cavabsız qalmışdır. Amma belə bir fikir də bizə yad deyil: İnsan hər şeydən öncə, ona görə sevilir ki, partnyorlar bir-birinə yaraşır (zövq və zahiri baxımdan) və seksual cəhətdən qarşılıqlı ehtiyac duyulur. Bu amillər eyni dərəcədə qadına və kişiyə aiddir. Əlbəttə, seksual mədəniyyətin daşıyıcısı öncə qadındır. Beləliklə, qadın kişi cazibəsində yaşamaq istəyirsə, bəzi keyfiyyətləri, şərtləri qorumalı, əməl eləməlidir:
Birincisi qadın özünü zahiri gözəlliyinə daima diqqət eləməlidir. Bu o deməkdir ki, o, həm də emosionallığını, kövrəkliyini, qadınlığını qoruyur. Qadın gözəlliyi qədim Şərqdə daha qabarıq olmuşdur. VII – VIII əsrlərdə yaşamış ərəb liriki İbn İsmayıl əl-Yəmən Vaddax hərarətlə qadın gözəlliyini vəsf etmişdir: Qadın gözəldir, doğan günəş kimi. Qadın üzünü Ayla ilk dəfə müqayisə eləyən Cəmil ibn Abdullah olmuşdur. Gözəllik ümumən insanın düşüncə tərzinə və davranış psixologiyasına müsbət təsir göstərən amildir. Gizlin deyil ki, bəzi qadınlar təvazökarlıq naminə (həqiqətən əqidələrincə) özlərinə lazımi fikir vermirlər, sanki ətrafından və özündən narazıdır. Belələri səhv etmiş olur. Əvvəla, gözəllik, qəşənglik, xoşagəlimlilik o deməkdir ki, mənən yaşayır, sanki yaşın qarşısına zərif örtük çəkir. Və ailədə uşaqlara bu nikbinlik müsbət təsir eləyir, ərini intim yaxınlığa hazırlayır. Bu gün dünyanın məşhur kino ulduzlarından Sofi Loren kimi yaşın arxasından qalib görkəmiylə boylanan qadınlar nümunə olmalıdır!
İkincisi qadın intim yaxınlıqda zəngin fantaziyaya malik olmalı və bu keyfiyyəti psixologiyasında aşılamalıdır. Çox vaxt «Seks və fantaziya» anlayışları qoşa işlədilir. Bundan o məna çıxmasın ki, söhbət yaradıcılıq fantaziyasından gedir. Xeyr. Hər bir adam intim aləmində, necə deyərlər, realist təcrübə nümayiş etdirməməlidir. Mənim bu yozumuma real məna da verilməsin. Xüsusilə, gənc ər-arvad ovqatının müəyyən dəqiqələrində intim yaxınlıq məqamlarına qədər psixoloji momentləri fantaziyasında yaşatmalıdır.
Müşahidələr göstərir ki, belə hallar ailə möhkəmliyinə şərait yaradır. Göstərildiyi kimi: «Təsəvvür məhəbbəti zənginləşdirə və bəzəyə bilər, ancaq onun əsasını təşkil etmək şərtiylə. Təsəvvür şərti reflekslərin inkişafında müstəsna rol oynayır. Hiss üzvlərindən beyin mərkəzinə daxil olan impulslar təsəvvürdə müəyyən ovqat əmələ gətirir və bunun köməyi ilə mənfi və müsbət seksual emosiyalar baş verir.»
Təəssüf ki, seksoloji ədəbiyyatda seks və fantaziya anlayışlarının fizioloji-psixoloji və sosioloji mənbələri lazımi dərəcədə araşdırılmamışdır. Üçüncüsü seksual riskə malik olmaqdır. Bu, adətən qadının fərdi-intim xüsusiyyətilə bağlıdır. Bizi o cür anlamasınlar: Qadın hər hansı anda seksual ovqatından irəli gəlib riskə yol verməlidir. Əsla. Seksual risk o deməkdir ki, qadın hər hansı qeyri-ovqatdan, şəraitdən, qorxu və çəkinmədən asılı olaraq, özünün seksual davranışı boğmamalıdır. Uzun illik ər-arvad münasibətlərində seksual riskə bir o qədər ehtiyac qalmır. Lakin gənclərdə bu, özünü başqa şəkildə doğurur. Seksual riskin tibbi əhəmiyyəti də vardır; belə ki, əsasən sifilis və honoreya xəstəliklərinin qarşısını alır. Bu isə təbii ki, orqanizmin sağlamlığı ilə bağlıdır. Dördüncüsü seksual həvəsin, istəyin olmasıdır.
Həvəs elə bir nemətdir ki, qadınlara guya bunun xiffətini çəkməyə dəyməz. Belələri süni, anadangəlmə cinsi həvəslə şüurlu, orqanizmin təbii tələbatından doğan həvəsi qarışdırırlar. Qadın mikromühitinin axarında seksual həvəsini bərpa eləməli və onun reallaşmasına çalışmalıdır, əks halda o, xeyli vaxt özünü əzgin, yorğun, əhvalsız hiss eləyir. Qorxulu cəhət odur ki, bu amillər uzun müddət hökmranlığını saxlaya bilər... Seksual həvəsin ən müsbət cəhəti qadında və kişidə cinsi iqtidarı oyatmasıdır. Bu seksual mühitdə böyük məsələdir. Məşhur alim V.S. Lukyanov qeyd etmişdir ki, seksual iqtidar son dərəcə zəruri keyfiyyətdir və adamlarda uzun illər qalırsa, müntəzəm idmanla məşğuldurlar. Təəssüf ki, qadınlarımız idmana pis baxır, ümumiyyətlə məşğul olmaq istəmirlər. Hətta bunu mətbəxdəki məşğuliyyətləriylə müqayisə etməklə özlərinə təsəlli verirlər. Beləliklə, seksual həvəsin cinsi iqtidarda qovuşması qadına imkan verir ki, həm kişinin bədən xüsusiyyətini mənimsəsin, həm də fiziki həzz, xoşhallıq alsın.
cinsi həyatda harmoniya vacibdirBeşincisi seksual etikadır. Etika bilavasitə davranışla, münasibətlər psixologiyası ilə əlaqəli anlamıdır. Ona görə də elə rəy yaranmasın ki, seksual etikada ifrat eleqantlıq, nəzakət, əzizləmə və s. əsas amildir. Bu sadalananlar onsuz da qadında mütləq olmalı və onun davranış mədəniyyətini stimullaşdırmalıdır. Seksual etikanın ən incə nöqtəsi: qadın yaxınlıq elədiyi kişiylə rəfiqəsini, uzaq qohumunu tanış etməməsidir. Uzaq olmayan bir əhvalatı xatırlatmaq istərdim. Mühəndis qadındı, ərindən ayrılmışdı. Kövrək xasiyyətli və ürəyi açıqdı. Tanıyanlar ona hörmət bəsləyirdi. İş rəfiqələri onu bir neçə dəfə pəjmürdə görürlər. Nəhayət, səbəbini soruşurlar. O, sözü yayındırmağa çalışırsa, bu, mümkün olmur, kövrəlir: - Rəfiqəmin bəlasını çəkirəm deyir, - yaxınlıq elədiyim adamla məndən nisbətən cavan rəfiqəmi tanış eləmişdim. Bir-iki dəfə məclisdə üçümüz olmuşuq. Sən demə, sadəlövhlüyümdən istifadə eləyib, yaxından dostlaşıblar. Bir-iki həftədən sonra məsələ tamam aydınlaşdı... Söhbət həmin mühəndis qadının təhqir olunmasından deyil, bir kişiyə və bir rəfiqəyə inamın ölməsidir. Seksual etikada daima diqqətdə dayanan qeyri-əxlaqi hərəkətə yol verməmək, saf münasibət bəsləməkdir.
Şübhəsiz, şərti, hələ tamamlanmamış və hər şeydən öncə, elmi-sosioloji tamlığını tapmayan bu amillər (şərtlər), cəhətlər bu və ya digər şəkildə kişi xislətində də mövcuddur. Seksual mədəniyyət kişilərin payına daha çox düşür. Onlar zərif, kövrək varlığa dərin hörmətlə yanaşmalı və özlərini qadının fövqünə qoymamalıdır. Müşahidəmizcə, seksual mədəniyyətdə aşağıdakı cəhətlər nəzərə alınmalıdır: Birincisi kişi eqoizmdən, özünüsevənlikdən uzaq olmalıdır. Bu o hallarda meydana çıxır: a) yaş tələblərində; b) vəzifə məqamında. Cavan, həyatı hələ irəlidə olan kişi qadına münasibəti lazımınca qiymətləndirmir və ona elə gəlir ki, qadın daima intim həyata hazırdır. Hərçənd, bu fikrə gəlməkdə həqiqət var, lakin bunu qadın hiss eləyirsə özünə təhqir sayır. Bəllidir ki, gənc qadın seksual çətinliklə hər məqamlarda qarşılaşmır. Vəzifə stolunda kişi ola bilsin tamamilə dəyişsin və bu bir sıra səbəblərdən asılıdır:
a) vəzifə statusu ifrat qayğılarla bağlıdırsa, kişi fiziki cəhətdən hədsiz yorulursa, əsəbiləşirsə seksual harmoniya pozulur və intim həyat öləziyir;
b) şəxsi öyünmə hətta elə faciəyə gətirir ki, ər sadə, dəyişməz arvadını bəyənmir, məclislərə aparmır, həyatına təəssüflənir;
v) vəzifə əhatəsində xoşuna gələn qadınla yaxınlıq eləyir, ailəsində soyuyur. Beləliklə, ən vacib, təbii əlaqəni - seksual harmoniyanı itirən seksual eqoizmin dikər uçurumu yaranır kişi sadəcə seksual baxımdan formada olmur və bunun bərpası qayğısına qalmır. Yaranmış fasilə ona təhqiredici görünür. İkincisi seksual istedaddır və qadın hisslərini ani duyub qiymətləndirməyi bacarmaqdır. İstedad sözünün məna yükü aydındır və bizim nəzərimizdə qeyri-adi fantaziya, nəyisə yaratmaq və s. canlanır və doğurur. Lakin seksual istedad kişidə fitrətən olan qabiliyyətdir. Bunu qadın asanlıqla başa düşməsə də, hiss eləyəndə xüsusilə qiymətləndirir. Seksual istedad sosial, mənəvi və fizioloji baxımdan dəyəlidir, intim həyatın bütün nöqtələrinə nüfuz eləyir, ömrü canlandırır. Həqiqətən, bu keyfiyyətli kişilər qadının hisslərinə təmiz, yüksək yanaşır. Unutmayaq ki, seksual mədəniyyəti şərtləndirən bir cəhət də tərəf-müqabillərin bir-birini emosional ovqatda başa düşmələridir.
Tarix: 22.11.2014 / 23:10 Müəllif: Aziza Baxılıb: 217 Bölmə: Maraqli Melumatlar