Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evlənmədən olmaz deyənlər qazandı!

Evlilik və seks mövzusunda Amerikalı mütəxəssislər tərəfindən edilən yeni bir araşdırmadan maraqlı nəticələndir ortaya çıxdı

Yeni bir araşdırma, evlənmədən əvvəl seks etməyən cütlərin, daha xoşbəxt, daha sabitlikli bir əlaqəyə və daha təmin edici bir cinsi həyata sahib olduqlarını ortaya qoydu.

Psixoloqlar, cinsi əlaqəyə girmək üçün evlənməyi gözləyən cütlərin, əlaqələrinin, daha əvvəldən fiziki əlaqə yaradan cütlərinkinə görə 22% daha sabit olduğu məlum oldu.

Gözləməyi seçən cütlərin, cinsi həyatlarında təmin nisbətlərinin 20% artdığı, 12% nisbətində daha yaxşı ünsiyyət qurduqları və ‘cinsi həyat keyfiyyətlərinin’ 15% artdığı təyin olundu. Mütəxəssislər, bunun evlənmədən əvvəl cinsi əlaqə yaratmayan fərdlər arasındakı ünsiyyətin inkişafına bağlı ola biləcəyini ifadə edir.

ABŞın Utah əyalətindəki Brigham Young Universiteti tərəfindən 2 mindən çox evli cüt arasında edilən araşdırmanın nəticələri Family Psychology (Ailə Psixologiyası) jurnalında nəşr olundu. Araşdırma qrupun lideri professor Dean Busby, “Əlaqələrini cinsi ölçüyə daşımaq üçün daha çox gözləyənlərin cinsi istiqamətdən daha xoşbəxt olduğunu təsbit etdik. Məncə bu fərdlər arasındakı ünsiyyətin inkişafından, cütlərin danışma və problemlərin öhdəsindən gəlmək üçün birlikdə işi öyrənmələri və ardından cinsi ölçüyə keçmələrindən qaynaqlanır” deyir.

Mütəxəssislər araşdırmalarından dinin bir faktor olmadığını ifadə edərkən, bir bəkarət andından deyil, cütlərin evlənənə qədər cinsi əlaqəyə girməmə qərarı almalarından bəhs etdiklərini ifadə edirlər.

Seks terapisti Paula Hall isə, “Gözləyən cütlər, ünsiyyətin və bir-birlərini təsir etmənin çox çox yolunu tapacaq. Gözləmələriylə əlaqədar olaraq daha çox danışa bilərlər. Ancaq seks daim ünsiyyətlə əlaqədardır və istər evli olun istər olmayın əsas nöqtə budur” deyir.


Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 186 Bölmə: Maraqli Melumatlar
loading...