Bir xörək qaşığı çirəni dən çaynikinə tökün və üstünə bir litr su alın,vam odda qaynadın və süzün. Ondan bir stəkan süzün və 2 xörək qaşığı şəkər qarışdırıb gündə bir neçə dəfə için.Bu üzə gözəllik gətirir,rəngi açır,təravət verir
Kələmi suda qaynadırlar və süzürlər.Bu su ilə üzü yuduqda üz təmizlənir.
Əlinizin dərisini yumşaq və ağ saxlamaq istəyirsinizsə, kartofu əzin,ona bir qədər süd və gülab qatıb əllərə sürtmək lazımdır.
Üzünüzdə sarı və boz ləkələr varsa, onda belə bir üsula əl atın.Üç hissə təzə südə tam dərəcələi (96 dərəcəli) üzüm spirtini qatıb qarışdırın,onunla axşamlar üzünüzü silin.
Əgər əlləriniz kobuddursa və ya qabıq verirsə, axşamlar bir litr isti suya bir xörək qaşığı üzüm sirkəsi qarışdırın və əlinizi 15-20 dəqiqə həmin suda saxlayın. Bu, bir neçə dəfə təkrar edilməlidir.
Tarix: 16.04.2015 / 12:06 Müəllif: Aziza Baxılıb: 73 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri