Üz, çənə və boyun nahiyəsinə nə qədər tez qulluq göstərsəniz, bir o qədər gənc qalarsınız. Bunun üçün hər gün özünüzə bir qədər zaman, bir az da əmək sərf etməlisiniz.
Məsələn, ağ kələm A, B, S, K, R və RP vitaminləri ilə zəngin olduğu üçün ideal gözəllik resepti hesab olunur. Çünki kələm dərini təmizləyir, nəmləndirir və qidalandırır. Lakin təbii maskalardan istifadə etməzdən əvvəl hansı dəri tipinə malik olduğunuzu təyin etməlisiniz.
Quru dəri üçün: 1 ədəd kələmin yarpaqlarını nazikcə doğrayın, üzərinə 1 çay stəkan südlə tökün, kələm yumşalana qədər qaynadın. Maskanı odun üzərindən götürün, soyuduqdan sonra üz və boyun nahiyəsinə çəkib, 20 dəqiqə saxladıqdan sonra yuyun.
Yağlı dəri üçün: 1 ədəd kələmin yarpaqlarını nazik-nazik doğrayıb 1 ədəd yumurtanı ağı ilə qarışdırın. Bu maskanı üz və boyun nahiyəsinə çəkib, 20 dəqiqə gözlədikdən sonra yuyun.
Qeyd: Kələmlə hazırlanan dəriyə qulluq maskalarından ancaq həftədə 1 dəfə istifadə edə bilərsiniz.
Tarix: 24.11.2014 / 17:52 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri