Hər iki cins haqda həqiqətlər
"Qadınlar daha çox danışırlar”, "Qadınlar daha depressivdirlər”, "Kişilərin seks istəyi daha çoxdur”. Bu klişelərdən hansı doğrudur, hansıları səhvdir?
Qadınlar və kişilər haqda danışanda doğruluğuna əmin olmadığımız o klişelər çoxdur. Burdan bütün klişelərin səhv olduğu nəticəsinə gəlib çıxmamalıyıq. Əsas odur ki, səhv doğrunu ayırmağı bacaraq. Bu mətn qadınlar, qadın və kişi münasibətləri haqda aparılmış müxtəlif araşdırmalar nəticəsində hazırlanıb.
Beləliklə, nə səhvdir, nə düzdür?
Qadınlar daha çox danışır (Səhv)
Hamı elə bilir ki, qadınlar kişilərə nisbətən daha çox danışırlar. Bu səhv fikirdir. Araşdırmalara görə hər iki cins gün ərzində təxminən 600 söz istifadə edirlər. Yəni heç kim heç kimdən çox danışmır.
Kişilərin hissi qavrama səviyyəsi aşağıdır (Doğrudur)
Cənablar! Kədərlənirsiniz, amma neynəmək olar? Həqiqət acıdır. Araşdırmalara görə qadınlar başqalarının üzündəki ifadəni başa düşmək və onu yadda saxlamaq mövzusunda daha uğurludurlar. Hissi qavrama empatiya tələb edir. Beləliklə, empatiya hissi də qadınlarda daha çoxdur.
Qadınlar daha depressivdirlər (Səhvdir)
Qadınların beynində xoşbəxtlik hormonu olan serotonun səviyyəsinin daha aşağı olduğu deyilirdi həmişə. Ancaq son araşdırmalar bunun əksini sübut edib.
Bu fikirlərin yaranmasının səbəbi depressiyaya düşən qadınlar kişilərdən fərqli olaraq, sıxıntılarını həkimlərə, psixoloqlara danıışırlar. Kişilər isə depressiyalarını içlərində yaşayırlar.
Kişilərin seks istəyi daha güclüdür (Doğrudur)
Nevrobioloqlar kişilərin seks istəyinin güclü olmasında beynin "günahkar” görürlər. Hissiyyat orqanlardan gələn siqnalları qəbul edən təpə bölümü kişilərdə daha genişdir. Başqa sözlə, kişilərin beyinlərindəki beyin-penis bağlantısı qadınlarınkına nisbətən güclüdür.
Qadınlar fiziki cəhətdən zəifdirlər (Doğrudur)
Təbii ki, kişilər fiziki cəhətdən daha güclüdürlər. Məsələn, qadınla kişi gölə bir daş atsa eyni vaxtda, kişinin atdığı daş daha uzağa gedər. Burada psixoloji tərəfləri də nəzərə almaq lazımdır: kişilər daha aqressiv olur.
Qadınlar kişilərdən daha çox söz kəsirlər (Səhvdir)
Sosioloqların araşdırmalarına görə, kişilər söhbətlərdə dominant olmağa, bunun üçün də söz kəsməyə daha meyilli olurlar. Qadınlarsa söhbətin davamlılığını qorumaq üçün suallar verməyə çalışırlar.
Tarix: 13.05.2013 / 20:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 228 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri