Gözəlliyinizin ən əhəmiyyətli parçalarından biri olan saçlarınız, tərzinizi ələ verən ən əhəmiyyətli fiziki ünsürlərdən biridir. Öz istəyinizə görə təyin edəcəyiniz saç tərziniz və rənginiz olduğunuzdan daha yaşlı görünə bilmənizə səbəb ola bilər. Buna görə saç tərzinizi təyin edərkən bəzi nöqtələrə diqqət etməlisiniz.
Eyni boy seqment səhvi
Saçınızın hər tərəfinin bərabər uzunluqda olması yaşlı görünmənizə səbəb olar. Yüngül qatlı saçlar daha azad və gənc bir görünüş yaradar. Keçişli qatlar uyğun bir seçim olacaq.
Saç şəkilləndiricilərin həddindən artıq istifadəsi
Saç şəkilləndirici məhsulların həddindən artıq istifadəsi köhnəlməyə və yaşlı görünüşə səbəb olar. Az miqdarda jele, köpük və ya sprey gözəl ola bilər. Ancaq bu məhsullar çox istifadə edildiyində solğun bir parlaqlıq verər.
Sapsarı saçlar yaşlı göstərər.
Yaşlandıqca dərinizdəki pigmentler fəaliyyətini itirər və dəriniz solar. Platin sarısı saçlar daha da yaşlı görünmənizə səbəb olar. Canlı görünəcək tünd tonları seçməlisiniz.
Qırıq uclar
Saçlarınızın baxımsız və uclarının qırıq olması parlaqlığını alıb aparar.Parıldamayan saçlar yaşlı görünmənizə səbəb olar. Tez-tez uclarını aldırmağa, qidalandırıcı qulluq kremləri və maskalar istifadə etməyə diqqət edin..
Çox tünd saçlara xeyr!
Saçlarınız çox tünd olduğunda üzünüzdəki qabarıqlıqlar, xəttlər,qırışlar və gözaltı şişlər daha asan gözə dəyər. 30 yaşını keçən qadınların tünd saçlarının bir az açılması lazım olduğu təklif edilir.
Tarix: 28.06.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 93 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri