Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu 8 ədviyyat sizə arıqlamaqda kömək edəcək

Günümüzdə artıq çəki problemi ilə yaşayan insanlar öz çəkilərindən qurtulmağın müxtəlif yollarını arayırlar.

Müxtəlif pəhrizlər, saysız reseptlər, hətta plastik əməliyyatları şıxış yolu kimi görənlər, hec də həmişə istədiyi nəticəni əldə edə bilmir. Dietoloqlar isə artıq çəkidən qurtulmağın yollarını ilk növbədə düzgün qidalanmada görürlər. Dietoloqların fikrincə, artıq çəkidən əziyyət çəkənlər qida rasionuna ədviyyələri əlavə etsələr, həm cəkilərdən qurtular, həm də saglam olarlar. Çünki bir çox ədviyyələr aclıq hissini öldürür, metabolizmanı sürətləndirir və orqanizmin yağ "depolamasına" əngəl törədir. Beləliklə, arıqlamaq üçün istifadə edilməli olan ən təsirli 9 ədviyyədən danışacağıq.

1. Darçın - arıqlamaq istəyənlərin ən sevimli ədviyyəsidir. Sadəcə, 14 çay qaşığı darçn maddələr mübadiləsini 20 dəfə çox yaxşılaşdırmağa komək edir. Darçın həmçinin qanda şəkərin miqdarını tənzimləyir ki, bu da güclü aclığın qarşısını alır. Hətta darçının iyi belə iştahı yatırtmağa qadirdir. Sadalanan məqsədlərlə darçından istifadə etmək üçün onu çaya, kofeyə, kəsmik və yoğurta və s. qidalara qatmaq olar.

2. Qırmızi istiot - Qidaya əlavə edilən bir çimdik qırmızı istit metobolizmanı 25 faiz sürətləndirir, qanda şəkərin miqradıni azaldır. Lakin bu ədviyyədən mədə-bağırsaq yollarının problemi olanlara məsləhət görülmür.
3. Sarıkok - Maddələr mübadiləsinin yaxşılaşması və mikrob əleyhinə cöx dəyərli ədviyyədir. Sarıkök orqanizmdə yağ toplanmasınının qarşısını alan ən güclü vasitələrdən biridr.

4. Hil - gözəl ətri ilə yanaşı, həm də bədəndə yagları əridən tərkibə malikdir. Bundan başqa mikroblara qarşı orqanizmi gücləndirmək qabiliyyətinə malik olan hil qanda xolestrini təmizləyir, immuniteti artırır, depressiya ilə mübarizə aparır. Hili demək olar ki, bütün yeməklərə, həmçinin caya əlavə etmək olar.

5. Razyana - İştahın azaltmaq istəyənlər üçün ideal vasitədir. Bu ədviyyənin müalicəvi əhəmiyyətindən böyük təbiblər Hippokrat və İbn Sina da bəhs etmişlər. Razyananın toxumundan qədim yunan atiletləri yarışqabağı iştahı oldürmək və aclıq hissini yox etmək üçün çeynəyirmişlər. Bununla həmdə idmançıların əhval-ruhiyyəsini qaldırmağa və təmiz nəfəs yaratmağa nail olurmuşlar.

6. Zəncəfil - Bu ədviyyə bədənin formada saxlamaq üçün istifadə edilən ən ideal ədviyyələrdən biridir. Xörəklərə dad-tam verməklə yanaşı, zəncəfil həzm preosesini yaxşılaşdırır orqanizmdə metobolizmanı sürətləndirir, qanda xolestrini azaldır.

7. Qara istiot - Bu ədviyyəni demək olar ki, hər kəsin mətbəxində tapmaq olar. Amma onun xeyirləri barədə yəqin ki, çox az adam bilir. Qara istiot yağ hüceyrələrini məhv ederek orqanizmdə artıq kalorınin yanmasına yardımşı olur. Həmçinin, ədviyyə sinir sistemi və beyinin fəaliyyətini artırır.

8. Qatıqotu - Bu bitkinin ən çox istifadə olunan kökləri acı və tünd tamlı olsa da müalicəvi əhəmiyyəti çoxdur. Soyuqdəymədə umumi bədən möhkəmləndirici vasitə kimi işlədlən qatıqotu həmçinin, ödqovucu və sidikqovucu xüsusiyyətə malikdir. Amma həkimlərin məsləhətinə görə, qatıqotunu miqdarından çox istifadə etmək olmaz. Gündəlik qida rasionunda həddən artıq bu ədviyyədən istifadə etmək qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər.


Tarix: 25.11.2014 / 11:24 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...