Hardasa 40 yaşına çatmış və çoluk-çocuk sahibi seksi aktrisa Pamela Anderson sanki zamana meydan oxuyaraq günü- gündən gözəlləşməkdədir.
Onun gözəl qalmasının ipucları ardında...
Neçə illər əvvəl "Sahil qoruması" serialı ilə hər kəsi ekran başına bağlamışdı.Pamela seyrciləri sarı saçları,düzgün bədən quruluşu və mavi gözləri ilə sehirləmişdi.
Aradan bu qədər vaxt keçməsinə qarşı Pamelanın gözəlliyi hələ də qalmaqdadır.Bəlkə də estetik əməliyyatlar keçirir deyə,düşünənlər də tapılır.Amma bu gözəlliyin sirri kivi və çiyələkdə imiş.
Pamela Anderson maskasını belə anlatmışdır:
1 ədəd kivini əzərək içinə 1 çay qaşığı bal və qatıq əlavə edir,bu qarışığı krem halına gətirdikdən sonra 20 dəqiqəlik üzündə saxlayır.Qırışlara qarşı çox təsirlidir.
Məşhur aktrisa diş gözəlliyi üçün də çiyələyi məsləhət görmüşdür.Hər səhər bir çiyələyi dişlərinə sürtən Pamela "çiyələk dişlərimi par-par parıldadır" deyir.
Tarix: 25.11.2014 / 16:33 Müəllif: Aziza Baxılıb: 267 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri