Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ülgüc dəymiş dərini necə bərpa etməli?

Ayaqları təmizləyəndən sonra qıcıqlanmış dərini necə bərpa etmək olar?

Xoşagəlməz tüklər mum üsulu və lazer epilyasiyası ilə deyil, ülgüc vasitəsi ilə təmizlənirsə, dərinin qıcıqlanması qaçılmaz hal alır. Bəs dərinin qaşınmasının və qıcıqlanmasının qarşısını necə almaq olar?

Ülgüclə təmizlənən nahiyəni soyuq su ilə yuyulan zaman məsamələr daralır və dərinin qıcıqlanması azalır.
Taraş bıçağını çox sərt şəkildə basmayın.
Eyni bölgədən dəfələrlə keçmək dərinin qıcıqlanmasına, hətta yaralanmasına gətirib çıxarır. 3-4 bıçaqlı ülgüc yerinə, 1-2 bıçaqlı ülgücə üstünlük verin.
Köhnəlmiş ülgücdən əsla istifadə etməyin.
Taraş etməzdən əvvəl dərini yaxşı nəmləndirmək lazımdır. Heç vaxt quru dəriyə ülgüc vurmayın.
Taraş edən zaman sabun istifadə etmək olmaz. Çünki sabun dərini qurudur. Taraş köpükləri də məhz bunun üçün yəni, dərinin minimum qıcıqlanması üçün istehsal olunub. Qadınlar üçün istehsal olunan, yaxud uniseks taraş köpüyündən istifadə edin.
Tüklərini təmizləyərkən ülgücü tüklərin uzandığı istiqamətdə hərəkət etdirin. Ülgücü tüklərin əksinə hərəkət etdirmək böyük səhvdir.
Taraş etməzdən əvvəl dərini yaxşı nəmləndirin, ilıq su ilə yuyun.
Taraşdan sonra isə nəmləndirici krem çəkməyi unutmayın.


Tarix: 24.11.2014 / 17:23 Müəllif: Aziza Baxılıb: 30 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...