Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınlar hansı kişiləri sevir?

Hər qadının həyatını keçirmək istədiyi ideal bir kişi tipi var. Kimisi sarışın, kimisi əsmər… Amma qadınların güclü cinsin nümayəndəsində axtardıqları xüsusiyyətlərin əksəriyyəti demək olar ki eynidir. Aparılan araşdırmalar və sorğu nəticələrinə görə qadınlar təmiz və özünə qulluq edən kişiləri sevirlər.

Bir neçə kiçik qüsur isə qadınları kişilərdən uzaqlaşdıra bilər:

Yekəqarın – kişilərin ən böyük xətalarından biridir.

Dırnaqlara diqqət – uzun dırnaqlar o qədər də xoş görüntü yaratmır.

Televizor qarşısında oturmaq – qadınlar kişilərin əllərinə pultu alıb televizor qarşısında oturmalarından nifrət edirlər.

Təmiz üz – hər gün üzünü qırxan kişilər çox sevilirlər.

Qoxu – qadınlar pis qoxuyan kişilərdən birmənalı olaraq qaçırlar.

Ağ corab – kişilərin geyinə biləcəyi ən xoşagəlməz geyimdir.

Yemək – sürətlə, ağzı tam dolduraraq yemək yeyən, ağzı dolu olarkən belə danışan kişilər xoşagəlməyən tiplər arasındadırlar.

Saralmış dişlər – dişlərinizin bəyaz görüntüsü üçün əlinizdən gələni edin.

Qadınlar hansı kişiləri sevir?

1. Pis oğlan – Nə edəcəyinə əvvəlcədən qərar vermək olmur. Qərarsızdırlar. Heç bir şeyə dəyər vermirlər. Qadınlar nə vaxt iki kişi arasında qalsalar, daima pis oğlanı seçirlər. Onlarda “şeytan tükü” var.

2. İdmançı – disiplinli və qüsursuz bir bədən. İdmançı kişilər qadınların ən çox sevdiyi kişi tipinə aiddir.

3. Musiqiçi – konsertdə gördüyünüz məlahətli səsli müğənninin yanında olmasını kim istəməzki?

4. Əcnəbi kişi – fərqli və olduqca sirlidirlər. Fərqli adət-ənələri, vərdişləri olan adam xüsusilə xaricdə olmayan qadınlar üçün cəlbedicidir.

5. İti olan kişilər – xüsusilə 30 yaşdan yuxarı olan qadınlar üçün it sahibi olan kişilər daha maraqlıdır. Səbəbi isə onların şəfqətli və məsuliyyətli olduqlarını düşümələridir.

6. Cərrah – həkimləri sevməyən az sayda qadın var. Çünki qadınlar cərrahların aldıqları çətin təhsilin həyatı daha yaxşı keçirtmək üçün istifadə etdiklərini düşünürlər. Qadınlar cərrahda həm zövqü, həm də gözəlliyi bir arada görürlər.

7. Aşpaz – Yemək bişirə bilən kişilərin qadınlar üzərində böyük təsirə malik olduğu danılmazdır.


Tarix: 24.05.2013 / 20:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 149 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...