Kiçiklikdən bəri beynimizə yazılan "Hər vaxt doğrunu söyləyin" qaydasını bu gün bu şəkildə düzəldəcəm: "Əgər bir səhv etdinizsə doğrusunu deməyin"… Hətta siz ən yaxşısı heç deməyin!
Aldatdığımı söyləməliyəm?
Keçmişdə etdiyiniz bir şey sizi çox da qürurlandırmırsa, çiyininizdəki yükü yüngülləşdirmə istəyinizə müqavimət göstərin. Lazım olsa gedin sulara başınızı salıb orada qışqırın qışqırın, bunu sovuşdurun!
Peşmanlıqlarınızı dilə gətirməniz sevimdinizi o anda çox təsir etməsə belə, sizə "keçmişin mənim üçün əhəmiyyəti yox körpəm" desə belə…
Köhnə sevgiliniz layiq olmuş olsa belə, onu aldatmış olmanız, indiki sevgilinizi şübhəyə salar. Bir dahaki qurbanın özü olub olmayacağını maraqlanar. Və bu da gərəksiz döyüşlərə səbəb ola bilər.
Unutmayın söyləməmək yalan danışmaq mənasına gəlməz!
Yaxşı, belə bir dəliliyi niyə etmək istəyə bilərsiniz:
1- Nə qədər də dürüst olduğunuzu göstərmək üçün.
2- Özündən razı olmadığınızı amma düzəltməsi üçün ona bir fürsət (!) verdiyinizi eyham etmək üçün.
3- İzah edəcək birini tapa bilmədiyiniz üçün (yəni boşboğazlıq).
bir gecə əvvəlki sevgilimlə əlaqəmin bitməsinə mənim sədaqətsizliyimin səbəb olduğunu söylədim. Bu çox böyük bir səhv idi. Çünki mənə olan etibarı azaldı və əlaqəmizin atəşi istər istəməz söndü. Dərsimi aldim deyə bilərəm" deyə etiraf edir bir doğruçu Davud yoldaşımız.
Qaldı ki əgər bu ankı sevimlinizi təzə təzə aldatdınızsa bunu əsla və əsla paylaşmayın!!! Bunu ayrılarkən belə söyləməniz gözünün göyərməsinə, sülalənizin bolca qulaqlarının zingildəməsinə və gərəksiz bir çox gözyaşına səbəb ola bilər. Həm dünya kiçik! Siz ən yaxşısı bu sirri saxlamağa davam edin.
…
B planı: SÖYLƏMƏNİZ LAZIM OLAN VƏZİYYƏT…
Yaxşı söyləməyin dedik amma bəzən işlər sizin xaricinizdə inkişaf edər o halda bir B planı meydana gətirməkdə fayda var:
Deyək ki sevigilinizi aldatdığınızı bir yoldaşınız gördü ya da öyrəndi; əgər razısalma edə bilsəniz onu öz tərəfinizə alın, sonra da sevimginizə yoldaşınızın şizofreniyalı olduğunu bəzən başından hekayələr uydurduğunu, çox amma çox kədərləndiyinizi söyləyin və bundan kimsəyə bəhs etməməsini xahiş edinvə mövzunu orada bağlayın. Yoldaşınız bir gün söyləyəcək olsa sevidiynizə bu məlumatı xatırladın! (bilirəm pisliyi şişirtdik… artıq yerə
Əgər sizi basan onun yoldaşıdırsa və ona söyləyəcəyi qətidirsə; qaçışın və dərhal o söyləmədən siz söyləyin.
Yəni işə yaramayacaq təbii amma siz yenə də şansınızı təcrübə edin… Eşq hər şeyi bağışlayarmı? Bəlkə də edər
P.S..xəyanət aldatmaq və aldanmaq təkcə kişilərə xas olan bir şey deyil.Təbiiki nəysə söyləməmək yalan danişmaq anlamina gəlməz.amma sohbət əsl sevgidən gedirsə onda məsələ dəyişər.Düzünü desəm bu mövzu və bu mövzuda yazılanlar əslində mənim varlığıma öz dünyama tam zidd olan mövzudur.Sadəcə sizin fikirləriniz mənə maraqlı olduğu üçün bu mövzunu hazırladım.Sizcə nəyisə söyləməmək yalan danışmaq anlamına gəlirmi? Eşq hər şeyi bağışlayarmı?
Tarix: 12.06.2013 / 21:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 144 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri