Yağış ümumiyyətlə əzab və hüzünün göstəricisidir. Şübhəsiz ki, əgər yağışın yağmasına ev pəncərəsinin arxasından tamaşa etsəniz" nə kədərli ,nə ağlamalı bir mənzərədir"deyəcəksiniz. Amma ona nankorluq etməyin.Göydən gələn bu suyun faydalarından ən yüksək dərəcədə yararlanmağa fikir verin. Üzünüzü ona doğru qaldırın. Bunu romantizm üçün deyil, faydalarını anlaya bilmək üçün edəcəksiniz. Təbii ki, məqsəd soyuqlamaq da deyil. Yaxşı bir plaş, əgər soyuqdursa yun corablarla qalın paltar geyinin və saçlarınızı yaxşıca qoruyun. Yayda çöldə və dəniz kənarında güclü yağışlara yaxalansanız saçlarınızı açıq buraxın: yağış saçlara çox faydalıdır.
Yağışın üzünüzə təsiri.
• Yağış burnunuza, yanaqlarınıza, bütün üzünüzə çırpılacaq və pulsuz yaxşı bir təmizləyici əldə etmiş olacaqsınız.
•Bir qasırğa baş verdiyi zaman havanın üst təbəqələrində oksigen və azot arasında kimyəvi birləşmə tələb edən bir elektrik boşalması meydana gəlir. Bu üç maddənin birləşməsi amonyaklı qazlar meydana gətirir. Saf su damlası düşdüyü zaman, özü də elektriklə bol olur.Dərinizin baxımını etməniz üçün bu çox kafidir.
•Yağış suyundan daha çox fayda təmin etmək üçün yağış dayanıb evə qayıtdığınızda üzünüzü dərhal təmizləyin.
•Atmosferdəki elektrik cərəyanının havada bir iyonlaşma meydana gətirdiyini unutmayın. Bu yağma müddətində də, ondan sonra da dəriyə təsir edər.
Tarix: 28.06.2013 / 20:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 195 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri