Sadə maska ilə sellülitdən qurtulun
Qadınları qorxudan amillərdən biri də sellülit yaranmasıdır.
Sellülitə hər yaşda rast gəlmək olar.
Bu, dəri altına yağ hüceyrələrinin toplanması və qan dövranının pozulması nəticəsində meydana gəlir. Dəridə nahamar və portağal qabığı şəklində görünüş yaranır. Siz bu maskanı tətbiq etməklə tez bir zamanda sellülitdən qurtula bilərsiniz.
Yarım stəkan üyüdülmüş qəhvə
1/4 stəkan qədər dəniz duzu
1/4 stəkan şəkər
1/4 stəkan badam yağı və ya zeytun yağı
Hazırlanması:
Bütün bu vəsaitləri bir kasada qarışdıraraq quru və sərin yerdə saxlayın.
İstifadəsi:
Bu maskanı həftədə iki-üç dəfə sellülitli bölgəyə tətbiq edin, daha sonra dəsmalla bağlayın. 10 dəqiqə sonra yuyun.
Tarix: 24.11.2014 / 17:06 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...