Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərini canlandırmağın ən yaxşı üsulu

Yay mövsümünü, günəşi, çimərliyi sevən xanımlar bu fəsildə al-əlvan, açıq və sərin geyimlərə daha çox üstünlük verirlər. Bu zaman onlar dərilərinin gözəl və zərif görünməsini təmin edirlər.

Bildiyimiz kimi, dərinin gözəl və təravətli olması üçün bir çox vasitələr mövcuddur: nəmləndirici kremlər, duş gelləri, palçıq və skrablar. Bu dəfə skrablar haqqında danışmaq istərdik. Skrablar dərini ölü hüceyrələrdən təmizləmək üçün çox effektli və belə demək mümkünsə, yeganə vasitələr hesab olunur. Skrab dərini zərif və hamar edir. Xoş ətiri ilə təravətləndirir və gümrahlıq enerjisi bəxş edir. Toksinləri çıxarmaq xüsusiyyətinə malik olan skrab dərini parlaq edir və onu enerji ilə doldurur. Onların istifadəsi çox asan, rahat və uzun vaxt aparmadığına görə bir çox xanımların əvəzolunmaz vasitəsidir.

Ölü hüceyrələr dəridə 1 və ya 2 gündən bir yaranır və onlar dəri üzərinə yığılaraq qüsursuz dəri görünüşü və hissinə əngəl yaradır. Ən effektli duş geli belə ölü hüceyrələrin aparılmasında gücsüzdür. Yalnız istifadəsi çox asan olan skrablar vasitəsilə ölü hüceyrələrdən qurtulmaq olar. Onlar dərini ölü hüceyrələrdən təmizləməkdən əlavə, nəmləndirmə, hamarlama və elastiklik bəxş etmə xüsusiyyətlərinə də malikdirlər. Həftədə ən azından 1 dəfə skrab istifadə etdikdə dərinizin daha hamar, zərif və elastik olduğunu hiss edəcəksiniz.

Skrab alarkən onun tərkibinə fikir vermək lazımdır. Çünki bütün skrablar yuxarıda qeyd etdiyimiz məziyyətlərə sahib olmur. Beləliklə, dərini canlandıran, ona hamarlıq bəxş edən skrabın tərkibində hansı yağlar, mikroelementlər, maddələr olmalıdır?

Ən yaxşı skrabların tərkibində dəniz inqrediyentləri və efir yağları istifadə olunur ki, onların sayəsində skrab dərini bərpaetmə, güc və enerji ilə doldurmaq gücünə malikdir. Dəniz duzları, şəkər qamışı, ədviyyat və efir yağları drenajlaşdırıcı vasitədir. Dəniz duzu, şəkər qamışı, efir yağları və ədviyyatların birləşməsi aromaterapiya və talassoterapiya üçün zəmanət verir. Drenaj və yağ parçalayıcı xüsusiyyətlərə malik bitki yağları artıq mayeni çıxarmaq gücünə sahibdir. Bu tərkibli skrabları istifadədən sonra dəri daha hamar və elastik olur, bədən daha zərif görünüş və tonus əldə edir, piy yığınları azalır. Dərhal xoş yüngüllük hissi əldə olunur.

Əksər efir yağları bədən konturlarını formalaşdırır. Skrabın effektivliyi onun termoaktivliyi sayəsində yüksəlir. Qanın mikrosirkulyasiyasının yüksəlişində inqrediyentlərin təsiri var.

Bambuk yağı da dərini əla nəmləndirir, onun elastikliyini bərpa edir. Təmiz bambuk yağı qoruyucu 4 UF faktoruna malikdir. Ondan dərini bərpa edən preparatlarda, skrablarda istifadə olunur. Hər şeydən əvvəl yetkin, quru, həssas və qabığı soyulan dəri üçün məsləhət görülür.

Bambuk yağı seboreya, atopik ekzemada özünü əla göstərir. Bu yağ dərini qıcıqlandırmır və qış aylarında, dəri xüsusilə həssaslaşdıqda onu ayrıca da istifadə etmək olar.

Şi ağacının və meyvəsinin yağı dəriyə bir sıra faydalı xüsusiyyətləri və özəllikləri ilə çox məşhurdur. Ona görə də skrabların tərkibində xüsusi yer tutur. Bu yağ dərini nəmləndirir, hamarlaşdırır. Onun tərkibi mikroelementlərlə zəngindir. Təbabətdə ondan yara sağaldıcı məhlul kimi də istifadə edilir. Bu yağ dərini dərindən nəmləndirır, çatlaqların sağalmasına şərait yaradır. Tərkibi bir çox vitaminlərlə zəngin olan şİ yağı həm üz, həm bədən, həm də dodaqlar üçün əvəzolunmazdır. Onun unikal hidratlaşdırıcı xüsusiyyətləri dərinizi uzun müddət nəmləndirir, hamar və elastik edir, neqativ xarici təsirlərlə mübarizəyə kömək edir. Bu yağ tərkibli kremlər, skrablar qulluq vasitələriniz arasında olarsa, ondan mütəmadi istifadə etməklə dərinizin daha hamar, təravətli və parıltılı olmasına nail ola bilərsiniz.


Tarix: 24.11.2014 / 16:58 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...