Mükəmməl bir dəriyə sahib olmaq istəyirsizsə, ilk əvvəl dəri tipinizi bilməli və doğru nəmləndirməlisiz.
Qarışıq dəri
Əlamətləri: Alın, burun, çənə bölgələrini əhatə edən T bölgəsi olduqca yağlı, göz ətrafı və yanaqlar isə çox qurudur. Arada dərinizdə gərginlik hiss edə bilərsiz.
Tövsiyələr: Səhər üzünüzü yuduqdan sonra T bölgəsini təmizləyici kremlə təmizləyin. Üzünüzü bol ilıq su ilə yuduqdan sonra qurulayın.
Gün keçdikcə dərinizin yağ səviyyəsinin nizama düşdüyünü görəcəksiz. Duru tonal kremdən istifadə edən. Hər gün salisil turşusu tərkibli təmizləyicilər istifadə edərək ilıq suyla üzünüzü yumağı unutmayın.
Yağlı dəri
Əlamətləri: Həmişə parıldayar. Məsamələr dərinizin hava almasına mane olacaq qədər bağlıdır. Dolu məsamələr də qara nöqtə və sızanaqlara səbəb olur.
Tövsiyələr: Hər səhər salisil turşusu tərkibli təmizləyici ilə üzünüzü yuyun. Yağın atılmasına və məsamələrin açılmasına kömək edəcək. İlıq su ilə üzünüzü yuduqdan sonra durulayın. Sonra eyni tərkibli losyonla silə bilərsiz. Ardınca 15 qoruyucu faktorlu krem sürtün. Gün ərzində təmizləyici salfetlərlə dərinizi təmizləməniz daha yaxşı olar.
Gecə üzünüzü təmizləyici istifadə edərək ilıq suyla yuyun. Üzünüzü quruladıqdan sonra salisil turşusu tərkibli tonik istifadə edin və losyon sürtün. Həftədə bir dəfə yağlı cildlər üçün nəzərdə tutulan maskalardan edin.
Quru dəri
Əlamətləri: Dəri ehtiyacı olduğu yağı ifraz etmədiyindən olduqca quru və gərgin olur. Həssas olduğundan özəlliklə yanaqlarınızda xırda sızanaqlar tez-tez əmələ gəlir.
Tövsiyələr: Tərkibində spirt olmayan bir təmizləyici ilə yumşaq hərəkətlərlə üzünüzü səhərlər təmizləyin. İlıq suyla yuduqdan sonra yavaşca qurulayın. Gecə də spirtsiz təmizləyici ilə üzünüzü təmizləyin, yuyub qurulayın. Həftədə bir dəfə nəmləndirici üz maskası edə bilərsiz. Krem tərkibli tonal krem və nəmləndirici xüsusiyyəti olan dodaq qoruyucularından istifadə edin.
Tarix: 24.11.2014 / 16:26 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri