Saç tökülməsinin əsas səbəbləri əsəb, stress, qan azlığı, hormonal pozğunluq, immun zəifliyi, Ca və A vitamini çatışmazlığından ola bilər. Bu səbəbləri özündə müşahidə edənlər payız fəslində təbii vitaminli qidalar qəbul etməlidir. Həmçinin saça maskalar edilməlidir. Bu şeylərdən sonra saç yenə də tökülürsə deməli problem daxildədi .
Əgər saç tökülməsinin səbəbi şapundandırsa o zaman təbii şapun hazırlamaq lazımdı. Saçı hər dəfə yumamışdan öncə gənəgərçək yağı 3x.q və 1 kapsula E vitamini, kakos yağı, ərik yağı, sarımsaq yağı, yumurta sarısı bunlardan biri saça sürtülüb massaj edilir, 30 dəqiqədən sonra yuyulur. Bunu davamlı şəkildə 10 gün etmək lazımdır. Sonra 1 həftə ara verilib bu prosedur yenidən davam edilir. Saçı yuyub qurtardıqda lavanda, gicitkan dəmləməsi ilə yaxalanır.
Saçların ucu haçalanırsa, yumamışdan öncə kartof şirəsi çəkmək effektli nəticə verir . Saçların ucu haçalanmasın deyə saçı nəm halda daramaq lazımdır.
Tarix: 05.07.2013 / 21:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 179 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri