Təbii məhsullarla ənənəvi təriflər, gözəllik üçün qiymətsiz bir dəyər daşıyır. Dünyanın dörd bir tərəfində qadınlar, gözəllikləri üçün fərqli baxım üsulları tətbiq edirlər. Biz də 7 fərqli ölkənin ən çox tətbiq etdikləri baxım üsullarını sizlər üçün seçdik.
Braziliya
Braziliya sahillərində qadınları, özlərini qumla ovarkən görmək təbii bir vəziyyətdir. Braziliyalı qadınlar, isti qumla edilən masajın selülitləri azaltmağa olduqca faydası olduğunu bildirir.
Polşa
Polşada qışlar sərt keçir. Polşalı qadınlar da dərilərini qorumaq və hamar, yumşaq bir bədənə sahib olmaq üçün isti bal maskası edirlər. İsti bal, çatlayan dodaqlar içində son dərəcə təsirlidir. Balı dodaqlarınıza sürtdükdən sonra yarım saat gözləyin və diş fırçasıyla yüngülcə fırçalayın. Bu üsulla yumşaq dodaqlara qovuşun.
Hindistan
Sağlam və uzun saçlar hindli qadınlar arasında sanki bir yarış məsələsidir, sirləri isə hind yağıdır. Gecə yatmadan əvvəl hind yağını bir az istilədin, saç diblərinizə masaj edərək yedizdirin, ertəsi səhər saçlarınızı yuyun. Həftədə bir dəfə bunu təkrarlayın.
İtaliya
Gözəllikləriylə məşhur İtalyan qadınlar, ox kimi kirpiklər üçün yatmadan əvvəl hər gecə kipriklərinə hind yağı sürtürlər. Kipriklər hind yağını sınamaqda da fayda var.
Yaponiya
Yapon qadınların farfor kimi dəriyə sahib olmağı kim istəməz ki? Yapon qadınların dərilərinin hamar olmasının bir səbəbi genlər, digər bir səbəbi də üzlərinə sürtməyi laqeyd yanaşmadıqları kamelya yağıdır!
Tarix: 22.06.2013 / 19:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 105 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri