Dəri istər normal, istər yağlı, istər quru olsun; əhəmiyyətli olan dərimizi qorumağı bilməkdir. Çünki üz və boyun xarici faktorlardan çox təsirlənər.
Üzümün dəri quruluşu əllərimizinkinə bənzər. Lakin üzümüzün başqa problemləri də vardır; sızanaqlar, yağlanılma, qırışıqlıq kimi. Bunlar dərinin gerçək və ən böyük düşmənləridir. Ona görə dəri baxımına gənc yaşda başlayıb, dərinin növünə uyğun bir baxım etmək lazımdır.
Quru dərinin ən böyük problemi, qaşındı, marka marka tökülmə və gərginlik. Quru bir dəriniz varsa, meyvə, tərəvəz və bitkilərlə edilən təbii baxımları, kosmetik məhsullara dəstək və alternativ olaraq seçim edə bilərsiniz.
Quru dəriyə yaxşı gələn, nəm verən maskaları araşdırdı: İşdə etməsi və tətbiqi asan quru dəri maskaları…
Yulaf içi maskası
İki şorba qaşığı yulaf içini, suda və ya süddə 15 dəqiqə qaynadın. Sonra bir qaşıq bal əlavə edin. İlıqkən üzünüzə çəkin, bir az gözlədin və ilıq su ilə durulanın.
Balqabaq maskası
Qaynadılmış balqabaqdan iki yemək qaşığı alın və içərisinə bir yemək qaşığı zeytunyağı və ya badam yağı qarışdırın. Bu qarışığı gözəlcə üzünüzə çəkin. 20 dəqiqə sonra ilıq su ilə dərinizi durulanın.
Kök maskası
İki kökü rəndələyin və yumurta ağı ilə çırpın. Buna, bir çay qaşığı zeytunyağı və ya süd və az miqdarda nişasta qarışdırın. Üzünüzə və boyunuza çəkin. Yarım saat sonra yuyun.
Banan maskası
Bir ədəd bananı yaxşıca əzdikdən sonra içinə bir çay qaşığı süd və ya qaymaq qatın. Bu qarışığı 20 dəqiqə üzünüzdə saxladıqdan sonra yuyun.
Alma maskası
Bir almanı rəndələdikdən sonra içinə bir yemək qaşığı zeytunyağı, süd və ya qaymaq qarışdırın. Üzünüzə və boyunuza çəkin, 20 dəqiqə sonra təmizləyin.
Tarix: 22.06.2013 / 19:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 105 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri