Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözaltı şişlikləri üçün

Gözlərin əsas düşmənləri arasında günəş şüaları, solari, yuxusuzluq, çox miqdarda işığa məruz qalmaq, zehni və fiziki yorğunluqlar gəlir. Göz ətrafının başlıca düşmənləri isə, günəş şüalarıdır. Göz ətrafının dərisi bunlar sayəsində quruyar və quruluşu nazikləşər. Beləcə müxtəlif problemlər ortaya çıxar.

Təbii vasitələrdən faydalanın
Göz ətrafındakı şişliklər və bənövşəyiliklər üçün evdə var olan vəsaitləri istifadə edə bilərsiniz. Məsələn yaşıl çay içildiyində ya da kompres edildiyində, o bölgədəki şişi həll edər və şişlikləri azaldar. Cəfəri suyu və ya qara çayla edilən kompresler də eyni şəkildə faydalıdır.

Dr. Melisa Eczacıbaşı, yorğunluq və yuxusuzluğa bağlı əmələ gələn şişlikləri aradan qaldırmanın ən praktik yolunun, göz altı kompresleri və maskalar olduğunu vurğulayır. Xüsusilə bədəndən su ata bilən qarışıqları içmək, göz ətrafı problemlərinizi həll etmənizə köməkçidir.

Gözaltı şişlikləri üçün

- Yaşıl çay, həm içilə bilər həm də göz altı kompresi olaraq tətbiq oluna bilər.

- Qaynadılmış kartofları soyutduqdan sonra birbaşa və ya incə bir bezə büküb kompres edə bilərsiniz.

- Təbii çay yarpaqlarını dəmləyib soyutduqdan sonra tənzifə büküb o bölgələrdə gözlədin.

- Evdə soyuducunda kub şəklində buz parçalarını səhərlər göz altınızda gəzdirin. Soyudulmuş bir qaşığın tərsi də bu funksiyası yerinə yetirə bilər.



Gözaltı kölgələr üçün təkliflər

- Yuxunuzun nə qədərliyi və xüsusiyyətinə diqqət yetirin

- Üzünüzdə isti su yerinə soyuq su istifadə edin.

- Uzun müddət kompüter başında oturmaq, tək nöqtəyə konsentrə olmaq gözlərinə yorub göz altlarınıza zərər verər. Arada kompüter başından qalxıb, gözlərinizi istirahət etdirin.

- Duz qəbulunu azaldın.

- Tərkibində K vitamini olan kremlər istifadə edin.

- Həddindən artıq günəş, solari, süni işıqlar gözaltı bağ toxumasını zəiflədərək gözlərinə zərər verər. Gün eynəklərinə diqqət edin

- Yaşıl çay, qara çay ilə şişləri azaldacaqlar. Bol bol bitki çayı için.

*Tərkibinə C vitamini olan məhsullar həm antioksidan təsirləri həm də damar çeperini gücləndirdikləri üçün göz altı toxumalarını da dəstəkləyəcəklər.

*İtburnu, çiyələk, sitrus bitkiləri, soğan, üzüm həm güclü bir antioksidan həm də gözaltı hüceyrələri yeniləyər.


Tarix: 22.11.2014 / 14:22 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...