Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu Qədər Də Olmaz!

İstəyirəm sosial şəbəkələr də olan ən böyük problemə toxunum. Bəlkə də bir çoxları üçün bu heçdə problem kimi görsənməyəcək. Amma çox istərdim ki, bunu hər kəs oxusun.Axır vaxtlar buna çox tez-tez rast gəlirəm, əsasda ki, FACEBOOK social şəbəkəsində.Bir çoxları digər insanların şəkillərini paylaşıb onları müzakirə edirlər.Loru dildə desək açıq aydın onlarla məzələnirlər. Bu daha çox gonbul , arıq , eybəcər, qəşəng və ya açıq-saçıq olan şəkillər də rast gəlinir.Hardansa bu şəkillər düşüb internetə və çox gülməli və tərbiyəsiz adlarla onlara ad qoyurlar. Bu şəkillər paylaşılır və artıq 1 saatdan sonra yayılır bütün sosial şəbəkələrə. Gəlin bir anlıq onlar haqqında düşünək, axı bu qədər məzənlənmək olarmı insanlarla, bu onlar üçün depressiya yarada bilər.Gəlin bir anlıq özümüzü onların yerinə qoyaq. Əgər bizim şəkillərə tanımadığımız insanlar tərəfindən bu qədər tənqit, təhqir etsələr biz necə olarıq? Biz cəmiyyət arasına çıxa bilərik mi? AYIBDIR OLMAZ bu qədər insanla məsxərə tutmaq, onların yerində sizin qardaşınızın , bacınıızın, ananızın, qohumlarınızın şəkilləri ola bilər. Bir anlıq təsəvvür edin bunusizə bu necə təsir ede bilər ? Gəlin hər kəs buna qarşı çıxsın, hər birimiz əl ələ verib bununla mubarizə aparsa bele hadisələrlə də üzləşmərik. Bu hadisə sabah bizim də başımıza gələ bilər.Hər şey bizim əlimizdədir.axı biz insanıq və "Hamımız Allahın Yaratdığı İnsanlarıq.Gəlin Onlara Kömək Edək Və Əclafların Əlindən Özümüzü Qoruyaq"..


Tarix: 11.06.2013 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 133 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...