Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ultra və meqa həcmli saçlar

Saçların anadangəlmə nazik və həcmsizdirsə, ruhdan düşmə, əksinə, bu məsələnin həllini axtar. Biz saçlarına başgicəlləndirici həcm qazandırmaq üçün sənə bir neçə məsləhət verəcəyik.
Mütəxəssis; Juan Carlos Maciques, New York Rita Hazan Salonunun ulduz stilisti
Hazırlıq: Həcm verici şampundan istifadə edərək yu. Kondisioneri yalnız uclara vur (yoxsa onlar köklərdə həcmsiz olacaq). Saçını dəsmalının arasına yerləşdir və onu sıx. Su parçaya hopacaq, mexaniki təsir nəticəsində saçın üst qatı kələ-kötür olacaq və saçların həcmi artacaq. Ovcuna bir az həcm verici muss çək və onu köklərə vur. Saç dəstələrini yuxarıya dartaraq kökləri fenlə qurut. Boynunun altında bir miqdar saç saxla. Qalan bütün saçları bir yerə yığ. Saçın altından yumru fırçanı, üstündə isə feni saxla. Saçını içə buraraq, fırça və feni aşağı sal. Bu prosesi bütün saşında təkrarla. Sonra saçlarını birlikdə yığ və onları yuxarıya qaldır. Feni isti rejimə keçir, köklərə yönəlt. 10 saniyə sonra feni söndür və saçları 1 dəq. belə saxla. Saçlarını bir tərəfə atıb, fenin havasını yalnız köklərə tərəf yönəlt. Sonra bunu digər tərəfdə təkrarla. Saçlarını tağa ayırıb, qeyri-adi həcmdən həzz al.


Tarix: 04.07.2013 / 20:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 87 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...