1 yaşına qədər sizi əlləri ilə bəslədi və təmizlədi.Bütün gecə ağlayaraq təşəkkür etdiniz..
2 yaşına qədər sizə gəzməyi öyrətdi.Sizi çağıranda ondan qaçaraq təşəkkür etdiniz..
3 yaşına qədər sizə xüsusi yeməklər hazırladı.BoŞqabı masanın altına dağıdaraq təşəkkür etdiniz..
4 yaşınız olanda müxtəlif rəngli karandaşlarla rəsm çəkməyi öyrətdi.Evin bütün divarlarına rəsm çəkməklə təşəkkür etdiniz..
5 yaşınız olanda sizi gözəl geyimlərlə bəzədi.Gördüyünüz ilk palçıqlı gölməçəyə atılaraq təşəkkür etdiniz..
6 yaşınız olanda məktəbə qədər sizi ötürdü.Yolda “getmirəəəm” deyə ağlayaraq təşəkkür etdiniz..
7 yaşınız olanda sizə 1 top hədiyyə etdi.Qonşunun şüşəsini qıraraq təşəkkür etdiniz..
9 yaşınız olanda sizə pianino çalmağı öyrətdi.Notları düzgün çalmayaraq təşəkkür etdiniz..
11 yaşınız olanda dostunuzla sizi kinoya apardı. “Sən bizimlə oturma” deyərək təşəkkür etdiniz..
12 yaşında olanda televiziyada zərərli programları izləməməyini istədi.O evdə olmayanda bütün o programları izləyərək təşəkkür etdiniz..
15 yaşında olanda sizi xaricə yaz tətilinə göndərdi.O,sizin zənginizi gözləyirdi siz isə bir zənglə çatdığınızı xəbər verib kifayətlənərək təŞəkkür etdiniz..
17 yaşında olanda məzun gününə getməyə icazə verdi.Heç bir zəng də etmədən səhərə yaxın evə gələrək təŞəkkür etdiniz..
21 yaşında olanda iş həyatı və kariyeranızla əlaqədar məsləhət vermək istədi. “Mən sənin kimi olmayacam” deyərək təşəkkür etdiniz..
23 yaşında olanda toy xərclərinizi ödədi,sizin üçün həm sevindi,həm kövrəldi.Siz uzaq bir şəhərə köçərək təşəkkür etdiniz..
25 yaşında olanda uşağa qulluq haqda sizə ağıl verməyə cəhd etdi.”Bu köhnə metodlardan əl çək” deyərək təşəkkür etdiniz..
35 yaşında olanda sizə zəng edib bir qohumunuzun ad gününü xatırlatdı “Ana işim başımdan aşır” deyərək təşəkkür etdiniz..
40 yaşında olanda o çox darıxırdı,indi balam gələr deyə gözü qapıda idi. Siz zəng edib “Ana necəsən,özündən muğayat ol,biz özümüzü güclə keçindiririk” deyə
təŞəkkür etdiniz..
50 yaşında olanda o çox xəstələndi,istirahət günü onu görməyə getdiyiniz üçün çox sevinmişdi.Ona yaşlıların uşaq kimi nazlı və deyindən olduğunu deyərək
təşəkkür etdiniz..
....Bir gün ayıldınız ki, onu torpağa tapşırırsız. O günə qədər onun üçün etmədikləriniz ürəyinizə bir ox kimi sancıldı. Ama artıq gec idi...
Əgər ananız hələ də həyatdadırsa indi onu əvvəlkindən daha çox sevin və sevginizi ona açıq göstərin.
Tarix: 16.05.2013 / 19:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 140 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri