Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Parlaq saç üçün massaj

Ben Skervin - aparıcı stilistlərdən biri - baş dərisi üçün massaj üsulunu hazırlayıb. Bunun nəticəsində saçlar daha parlaq və sağlam olur. Həmin massajı sizə təqdim edirik.
Massajı yaş və quru saçlara etmək mümkündür. Lakin yeni yuyulmuş və dəsmalla bir qədər qurudulmuş saçlarda effekt daha yaxşı büruzə verir. Çünki saç yumanın nəticəsində baş dərisində qan dövranı yaxşılaşır. İndi isə əsas etaplarla tanış olaq.
1. Əllərinizi yuyun. Bu massaj barmaqların ucu ilə edilir. Əllərinizi başınıza qoyun. Baş barmaqlar qulağın arxasında, çeçələ barmaqlar isə təpə nayihəsində yerləşməlidir.
2. Barmaqların ucu ilə baş dərisinə yüngül təzyiq göstərin və incə, dairəvi hərəkətlərlə massaja başlayın. Bu zaman bir neçə dəfə dərindən nəfəs alın. Bu stressi aradan götürmək üçün faydalıdır.
3. İndi isə şəhadət, orta və adsız barmaqları ənsəyə (boyunun arxa hissəsi) qoyun və dairəvi hərəkətlərlə başa doğru hərəkət edin. Alın nayihəyə qədər massajı davam etdirin. Bunu 3-4 dəfə təkrar edin və çalışın hər dəfə daha geniş nayihəni əhatə edəsiniz.
4. Daha sonra yağış damcılarını xatırladan hərəkətə başlayın. Barmaqların ucu ilə zərif şəkildə başa təzyiq göstərin sanki yağış damcılayır (baraban şəklində). Bu qan dövranını yaxşılaşdırır, baş dərisini oksigenlə qidalandırır və hüceyrələrin yenilənmə prosesini sürətləndirir.
5. Massajın sonunda başa azca toxunaraq hər iki ovcunuzu alnınıza qoyun və saçların kənarlarına doğru hərəkət edin. Barmaqlarınızla ənsəyə doğru yönəlin. Bu sadəcə 30 saniyə vaxt aparacaq.
Ben Skervin 2007-ci ildən Head&Shoulders-in aparıcı top-stilistlərindəndir. Benin işləri dünya şöhrətli jurnalların üz qabığını bəzəyir. Onlardan VOGUE, W, Allure, 10, i-D, Harper’s Bazaar, Tatler, Glamour, ELLE jurnallarını sadalamaq olar.
O həmçinin bir çox məşhur reklam şirkətlərinin üslublarını yaradıb. Bu brendlərə gəlincə, Hermes, Hugo Boss, Topshop, Gap və s..adını çəkmək olar.


Tarix: 04.07.2013 / 21:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 166 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...