Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bəzi qızlar niyə evdə qalır?:)

Bəzi qızlar niyə evdə qalır?:)

Qadınların gedib özlərinə ər seçə biləcəkləri bir kişi mağazası açılır. Mağaza 5 mərtəbəlidir və hər mərtəbə çıxıldıqca, kişilərin xüsusiyyətləri də yüksəlməkdədir.
Mağazada yalnız tək bir qayda keçərlidir: hər hansı bir mərtəbənin qapısından içəri girən qadın, o mərtəbədən alış-veriş etmək məcburiyyətindədir və əgər yuxarı mərtəbəyə cıxmaq istəsə, yenidən aşağı mərtəbəyə enə bilməz.

Bir gün bir qrup qız, ər seçmək üçün mağazaya gəlir. Və....

1-ci mərtəbə: Qapıda bunlar yazılıdır: "Bu mərtəbədəki kişilərin işi-gücü var və uşaqları da sevirlər". Qızlar yazılanları oxuyur və belə deyirlər:
-"Eh, heç yoxdan yaxşıdır, amma bir də yuxarı mərtəbəyə baxaq".

2-ci mərtəbə: Qapıda yazılanlar: "Buradakı kişilərin yaxşı bir işləri var, uşaqları sevirlər və son dərəcə yaraşıqlıdırlar." Qızlar:
-"Hmmm, heç pis deyil, amma görəsən yuxarı mərtəbədə nə var?"

3-cü mərtəbə: "Buradakı kişilərin yaxşı bir işləri var, uşaqları sevirlər və son dərəcə yaraşıqlıdırlar və ev işlərinə də kömək edirlər". Qızlar:
-"Aman ALLAHım, çox gözəl, çox pakizə, amma yuxarıda başqa mərtəbələr də var."

4-cü mərtəbə: "Buradakı kişilərin yaxşı bir işləri var, uşaqları sevirlər və son dərəcə yaraşıqlıdırlar və ev işlərinə də kömək edirlər və həmçinin son dərəcə romantikdirlər". Qızlar qışqırmağa başlayırlar: "İnanılmaz, yuxarı mərtəbədə bizi nəyin gözlədiyini düşünün!" Və bir mərtəbə daha cıxırlar...

5-ci mərtəbə: Bunlar yazıb: "Bu mərtəbə boşdur və sadəcə bəzi qadınları razı salmağın, xoşbəxt etməyin mümkün olmadığını sübut etmək üçün qoyulmuşdur..
Çıxış soldadır; ümid edirik düşərkən pilləkənlərdən diyirlənərsiniz...


Tarix: 12.06.2013 / 21:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 97 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...