Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uzunboylu görünmək istəyirsinizsə…

Bəzən xanımları qısa boylu olmaları çox narahat edir, hətta depressiyaya sala bilir.
Ancaq bu qədər üzülməyə dəyməz.
Boyunuz qısa və bioloji olaraq uzanmanızın artıq imkanı yoxdur.
Elə isə əlac uzun görünmənizi təmin edən üsullara əl atın. Sizə köməkçi ola biləcək üsullardan bir neçəsini təqdim edirik:
- Tək rəng paltarları seçin. Təpədən dırnağa tək rəng geyimlər başqaları tərəfindən «uzun və zəif» qəbul edilmənizi təmin edər
- Şalvar və ətəklərinizin beli incə olsun
- Bəylər də şalvarlarıyla eyni rəng incə kəmərləri seçim edə bilər
- Yaxşı tikilmiş, düz paltarları seçin
- Paltarın üzərinizə oturmasına diqqət yetirin
- Düymələr, zəncirbəndlər və digər detalların olmasına diqqət yetirin
- Yüksək və incə dikdaban ayaqqabılar geyinin. İncə dikdaban ayaqqabılarda rahat edə bilmirsinizsə, daha qalın dikdaban rahat yüksək ayaqqabılar tapa bilərsiniz
- Duruşunuza diqqət yetirin və şux yeridiyinizdən əmin olun.
- Üfüqi xətli paltarlar geyinməyin. Əgər zəif deyilsinizsə, üfüqi xətli geyimlər seçməyin. Üfüqi xətli geyimlər bədəni olduğundan bir az daha geniş göstərərlər. Ona görə bu tərz xətli bluzlar yalnız zəif olanlar üçündür. Bunlardan uzaq olmağa çalışın.
- Geniş paltar sizi daha iri göstərər
- Diz altı kaprilər və diz altı ətəklər qətiyyən sizə görə deyil
Əziz xanımlar, bütün bunlara əməl etsəz, qısa boyun sizdə yaratdığı komlekslərdən uzaqlaşa bilərsiz.


Tarix: 25.05.2013 / 19:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 63 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...