Normal dərilər üçün maskalar
1. 1 yumurta sarısı, 1 çay qaşığı bitki yağı, ½ çay qaşığı limon suyu və ½ çay qaşığı suyu qarışdırın. Hazır maskanı üzə vurun. 10-15 dəqidə saxlayıb, təmiz su ilə yuyun.
2. 1 xörək qaşığı bala 5-10 damcı limon suyu əlavə edin. Bu maskanı 15 dəqiqə saxlayıb, yuyun.
3. 1 xörək qaşığı şoru, 1 çay qaşığı smetanı və bir damcı duzu qarışdırıb maska hazırlayın. Üzünüzdə 15 dəq saxlayıb, yuyun.
4. Təzə xiyarı sürtkəcin balaca gözündən keçirin, içinə bir neçə damcı limon suyu əlavə edin. Hazır maskanı cunanın üstündə üzünüzə qoyub, 20 dəq saxlayın. Sonra qaynadılmış su ilə yuyun.
5. Təmizlənmiş almanı sürtkəcdən keçirib, içinə 1 çay qaşığı smetan və 1 çay qaşığı nişasta qatıb üzünüzə çəkin. 10-15 dəqiqə saxladıqdan sonra yuyun.
Tarix: 04.07.2013 / 20:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 83 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri