Hansı ətri sevirsən?
məlumaq verə bilər. Əlbəttə ki, burada sarımsaq, siqaret və ya tər iyindən yox, istifadə etdiyimiz müxtəlif ətirlərin rayihələrindən gedir.
Çiçək ətirli: qızılgül, zambaq, jasmin, qardeniya…
Bu cür ətirlərdən istifadə edənlər mülayim, ünsiyyətcil və mehriban insanlardır. Sadiq dost və asanlıqla etibar ediləcək işçidir. Ancaq onların yaxın dostları azdır. Belələri qeyri-adi, gözəl və əntiq əşyaları çox xoşlayır, hətta kolleksiya da yığırlar. Səs-küylü yerləri sevmirlər, evdə oturub, sakit atmosferdə dincəlmək onlar üçün daha münasibdir.
Ağac ətirli: səndəl, sidr ağacı…
Ağac qoxulu ətirləri sevənlər çox savadlı olub, alicənablıqları və yüksək dünyagörüşləri ilə seçilirlər. Klassik üslubu sevirlər. Yüksək səviyyəli işləri xoşlayır, bütün mövzularda danışmağı bacarırlar. Onlar ehtiyatlı və yaxşılıqsevəndirlər. Ən çətin hallarda belə özlərini idarə etməyi bacarırlar.
Təbiət ətirli: ot, bambuk,saman, mamır...
Belələri sağlamlıqlarının qeydinə qalırlar, idmanla məşğul olmağı, vaxtlarını təbiət qoynunda keçirməyi xoşlayırlar. Onlar bütün qidaların təzəsini sevir, dondurulmuş ərzaqlardan uzaq olurlar. Belə qoxuları xoşlayan çox vaxt vegeterianlar olur. Onlar enerjili, ağıllı və problemlərini asanlıqla həll etməyi bacarandırlar.
Şərq ətirli: vanil, ənbər, ədviyyat...
Bu cür ətirləri sevənlər adət-ənənələrə bağlı insanlardır. Xırda aksesuarlar yığmağı sevirlər. Onlar böyük kütlə arasında çantalarındakı aksesuarlarından tanımaq olar. Şəxsi həyatları da ciddi olur. Bir dəfə sevir və ömürlərinin sonuna kimi də həyat yoldaşlarına sadiq qalırlar.
Sitrus ətirli: mandalin, limon, qreypfrut...
Onlar yaxşı təşkilatçıdırlar. İşlərinə bağlı olub, nizam-intizamı sevəndirlər. İş həmişə şəxsi həyatdan öndə gedir. Tez hirslənir, özlərindən çıxırlar. Çətin işdən asanlıqla çıxmağı bacarırlar. Sevgidə hökmranlıq etməyi xoşlayırlar. Xəyanət və inamsıslıq onları özündən çıxarır.
Meyvə ətirli: qarağat, moruq, şaftalı, qarpız, yemiş...
Belələri romantikanı sevmir.Onlar üçün həyatın əsl mənası səs-küylü məclislərdə olmaq, əylənməkdir. Özlərinə tez dost tapırlar. Yaxın dostlarına kömək etməyi xoşlayırlar. Buna görə də onlara etibar etmək olar. Onların hobbisi qısa sevgi macaralarıdır.
Dəniz ətirli: yağış, ləpə, külək…
Belələri qapalı şəraitdə olmağı xoşlamırlar. Sakit təbiətli, dənizi sevəndirlər. Çox dəbli aksesuarları sevmirlər, amma həmişə diqqət mərkəzində olurlar. Rahat geyimlərə üstünlük verirlər.Münaqişələrdən uzaq olmağa çalışırlar. Avanqard stilli əşyaları xoşlayırlar. Sevgidə azad olsalar da tez-tez xəyanətlə üzləşirlər.
Soyuq ətirli: təmiz hava, buz…
Soyuq qoxuları sevənlər əsl kollektiv adamıdırlar. İstirahəti sevmirlər. Dəb yenilikləri ilə maraqlanır, müasir incəsənəti xoşlayırlar. Ev işlərini sevmir, bunu havayı vaxt itkisi hesab edirlər. Kafedə, restoranda yeməyə üstünlük verirlər. Tanışları çox olsa da dostları azdır. Özlərindən razı olub, ətrafdakı insanları həmişə özlərindən aşağı səviyyədə görürlər.
Tarix: 25.05.2013 / 19:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 222 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri