Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çiçəklərin saçlarınız üzərindəki gücü

Təbiət yenə saçlarımız üçün ən gözəl və ən faydalı olanı bizlərə təqdim edir. Xilas olmaq istədiyimiz saç problemlərinə həll gətirən çiçəklər, saçlarımızın təzəliyinə qovuşması üçün köməyimizə çatır.



Gül suyu

İncə və həssas saçlar üçün çox faydalı olan gül suyu, bir çox saç baxım məhsulunun və şampununun da tərkibində iştirak edir. Saç dərisinə gedən qan axışını sürətləndirərək saçı qidalandırır. Duşdan sonra saçlarımızı gül suyuyla yaxalayaraq gücləndirə bilərik.





Kamelya
Kamelya yağı quru saçları təmir edir və saça canlılıq qazandırır. Saçlarımızı yumadan əvvəl kamelya yağını tavada bir az istilətdikdən sonra barmaq uclarımızla saç dərimizə masaj edərək yedirməliyik.


Latın çiçəyi
Latın çiçəyinin həm yarpaqları həm meyvələri kəpəyə və saç tökülmələrinə qarşı olduqca təsirlidir. Bərabər miqdarda gicitkən kökü və latın çiçəyi meyvələrini qarışdırıb, 0.5 litr spirt əlavə edirik, 1 ay boyunca mühafizə edəcəyimiz bu qarışığı 5 gündə bir çalxalayaraq qarışdırmalıyıq. Həftədə 2 dəfə bu qarışığı saçlarımıza tətbiq edirik.


Lavanta
Rahatlaşdırıcı təsiriylə tanınan lavanta, saç sağlamlığı üçün də son dərəcə faydalıdır. Qaynamaqda olan suyun içinə bir çimdik lavanta əlavə edirik. Təxminən 5 dəqiqə dəmləyirik. Dəmlənməsi tamamlandığında bir az soyuması üçün gözləyib süzək. Dəmlədiyimiz lavanta suyuyla təmiz saçları yaxalayıb təsir etməsi üçün yarım saat gözləyirik. Qısa bir müddətdən sonra saçlarımızdakı fərqi hiss edəcəyimizə əminik.


Çobnyastığı
Çobanyastığı saçı canlandırır və xüsusilə sarı saçlara parlaqlıq qazandırır. Bir xörək qaşığı çbanyastığı, iki xörək qaşığı dəvədabanı, bir xörək qaşığı sarı kantaronu qarışdıraq. Bir litr su əlavə edərək dəmləyək. Soyumasını gözlədikdən sonra pambığın köməyiylə saç dərisinə tətbiq edə bilərik.


Tarix: 28.06.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 67 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...