Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Makiyajda hansı rənglər qadını cavan göstərir?

Makiyaj əsl zaman maşınıdır desək yanılmarıq. Peşəkar makiyaj sayəsində insan olduğundan daha gənc və ya yaşlı görünə bilər. Əlbəttə bunun üçün öncə rənglərin nə ifadə etdiyini bilmək lazımdır.

Ənlik
Gözəl almacıq sümükləri qadına xüsusi gözəllik verir. Bu sümükləri bildirmək üçün hansı rəngdə ənlik istifadə etməyin də böyük əhəmiyyəti var. Belə ki, tünd rəngli ənlik insanı daha yaşlı göstərir. Şaftalı və çəhrayi rənglər isə üzə canlılıq qatır.

Tonal krem

Qatı tonal krem insanı ən azı 20 yaş yaşlı göstərə bilər. Çünki bu halda krem incə qırışların arasına dolaraq onları daha da qabara bilər. Gənc və canlı dəri üçün açıq tonlarda olan yüngül tərkibli kremlərə üstünlük verin. Tonal kremdən öncə dərini mütləq nəmləndirmək lazımdır.

Dodaq və göz boyası

Mat görünümlü boya və göz rəngləri insanı yaşlı gstərir. Ancaq çox parıltılı boyalar da eyni effekti verə bilər. Bunun üçün də dodaqlara və gözlərə yaş-nəm effekti verən boyalara üstünlük verin. Yaş göstərən boya sayəsində ancaq gənc deyil, həm də daha iri görünüşlü dodaqlara sahib olacaqsınız.

Parıldadıcı

Mütəxəssislərin fikrincə, bütün dodağa yayılan parlaq boya ancaq insanı daha yaşlı göstərməyə xidmət edir. Gənc və canlı görünüş üçün sadəcə alt dodağın orta hissəsinə yüngül parıladıcı boya vurmaq kifayətdir.


Tarix: 26.06.2013 / 15:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 57 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...