Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamıdan Gözəl Olmaq

Vəhşi cazibənizi ortaya qoymağa hazırsınızmı? Bunun üçün mütləq biriylə eşqbazlıq etmək lazım deyil. Yalnız görünüşünüzü fərqliləşdirərək fərqində olmadığınız istiqamətlərinizi ortaya çıxara bilərsiniz.



1.Ətirlərinizi bir-birinə qarışdırın. Bir neçə fərqli qoxuya sahibsinizsə, çiçəkli aromalarla limon dilimlərini bir-birinə qarışdıraraq yeni bir ətir əldə edə bilərsiniz. Bu qoxunu səhərlər yalnız bir dəfə tətbiq edin. Gün ərzində bədən istiliniyini yüksəlməsiylə ətir yaxşıca özünü göstərəcək. Bu qarışığı qulaq arxası və ya şah damarı kimi nəbz nöqtələrində gəzdirməyə laqeyd yanaşmayın.



2. Bədən losyonunuzu yaradın. Kişi yoldaşınızı tropik qoxulu bir losyon ilə başdan çıxarın. Təzə bir hindqozunu ikiyə ayırın və içindəki südü kiçik bir qaba boşaldın (bir neçə qaşıq hindqozu yağı da işinizi görər). Bir qaşıq qoxusuz bədən kremini də qaba əlavə etdikdən sonra köpük halına gələnə qədər qarışığı çırpın. Ovuclarınızın içinə alaraq, losyonu bütün bədəninizə sürtün və sevgilinizi başdan çıxarın.



3. Duşda özünüzü bəzəyin. Duş almadan əvvəl bir neçə damla meyvə aromalı bitki mənşəli yağı ləyənin içinə tökün. İsti suyu açdığınızda yaranan buxar bu aromanın bütün bədəninizə yayılmasını təmin edəcək.



4. Rəngarəng kirpiklərdən istifadə edin. Bu günlərdə ən məşhur olan şey, kirpikləri bənövşəyi və ya mavi kimi fərqli rənglərə rəngləməkdir. Ayrıca kirpiklərinizin xarici hissəsinə bir neçə parça rəngli taxma kirpik taxaraq da cazibəli gözlərə qovuşa bilərsiniz. Göz rənginizin kirpiklərinizlə uyğun olmasını təmin etmək məcburiyyətində deyilsiniz. Xoşunuza gedən rəngi sınamaqdan qorxmayın.



5.Çəhrayılara bürünün. Makiyaj ustaları yeni mövsümdə çəhrayı, şaftalı və mərcan tonlara sahib dodaqları təklif edir. Bədəninizin rəngi istər açıq, istər buğdayi, istəsə tünd olsun, ifadəyə canlılıq qazandıran bu dodaq rəngləri heç bir zaman dəbdən düşmüş sayılmayacaq.



6. Canlı boya rənglərindən istifadə edin. Beyonce kimi məşhurlar rəngarəng dırnaqlara sahib olmaqdan çəkinmirlər. Sizin nəyiniz əskik? Sarı, bənövşəyi, neon çəhrayısı kimi tonların hamısı möcüzə yaradır. Hər dırnağınızı fərqli bir rəngə rəngləyərək, hamısını istədiyiniz rəngə çatdıra bilərsiniz. Dırnaqlarınızın dibində olan yarım ay şəklindəki ağ hissəni açıq bir rəngə boyadıqdan sonra dırnağın geri qalanını müxtəlif tonlarla bəzəyə bilərsiniz.

canlı lavanta, yaşıl və ya kobalt mavisi rəngləri alt və üst kirpiklərinizin diblərinə tətbiq edərək gözlərinizi ortaya çıxarda bilərsiniz. İncə bir xətt çəkdikdən sonra bir Q-tip ilə göz qələmini yüngülcə çəkə bilərsiniz.


Tarix: 09.06.2013 / 18:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 154 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...