Qadinlar Əla görünmək üçün ən tez plan:
GÖZLƏR 4 dəqiqə
Bozumtul-qəhvəyi göz kölgələrindən istifadə et. ???Qaraya nisbətən, qəhvəyi rəng daha universaldır???, - vizayist Esmeralda Əzizova deyir. Göz qapaqlarının ğzərinə qəhvəyi tozşəkilli kölgə çək və aplikator vasitəsilə onu yay. Sonra kölgəni gözlərin qatlandığı yerdən bir az yuxarıya doğru çək və yumşaq fırça ilə gözlərinin küncünə doğru yay.
Nüvbəti addım: gözlərini vurğulamaq üçün şokolad rəngli layner çək, sonra isə qəhvəyi kölgəyə batırılmış tamponla tuşla. Gözlərin çox cazibədar olacaq!
DƏRİ 1 dəqiqə
Nəmləndirici kremi üzünün dərisinə sürt. Üzündə ləkələr və ya sızanaqlar varsa, onda onları gizlətmək üçün xüsusi kremdən istifadə et.
YANAQLAR 15 saniyə
???Yanaqlar üçün istifadə edəcəyin ənliyin rəngi göz kölgələri ilə uyğun gələ bilər???, Ənliyi yanaqlarına düzgün çəkmək üçün əvvəlcə gülümsə və hər yanağına ənlikl dairəvi çək. Bu, rəngin təbii görünməsinə kümək edəcək.
DODAQLAR 15 saniyə
Dodaq üçün çəhrayı parıltı çək. Pomadada olduğu kimi, parıltını da səliqə ilə çəkmək lazımdır.
BƏDƏN 30 saniyə
Ətirli, parıltılı losyonu və ya geli qollarına, ayaqlarına və ayaqlarının altına sürt (açıq ayaqqabı geyindiyin halda). Bu, dərini təravətli etməyin ən asan yoludur. Heç kim sənin yanından biganə keçməyəcək.
SAÇ
5 dəqiqə
Saçını arxaya dara, ucları təpənin yuxarısında qalmaq şərti ilə onları sancaqla. Sonra isə xüsusi fendən istifadə edərək, saçların uclarını billur və saç spreyi vur. Saç düzümü etmək üçün saçın qısadır? Problem deyil! Onda saçını qıraqdan ayırıb, bəzəkli sancaqla sancaqlaya bilərsən.
Və vaxtınızi boş yerə sərf etmə...
Üzə Bir gündə çoxlu prosedurlar ləkələr əmələ gətirə bilər.
Isti diyircəklər Əlavə 20 dəqiqəni öldürmək istəyirsənsə, onda istifadə edə bilərsən.
Duru göz layneri Düzgün və tələsmədən çəkməyi bacarırsansa, çək.
Süni kipriklər Düzgün başa düşdün.
Dodaq layneri Dodaqlarının üz konturu varsa, onda laynerçəkməyə ehtiyac yoxdur.
Tarix: 19.05.2013 / 16:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 160 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri