Sofi Lorenin uzun illər gözəl qalmasının sirri bəlli oldu. Dərinizin gözəl, təravətli və cavan görünməsini istəyirsinizsə bu maskadan mütləq istifadə edin.
Maskanın tərkibi
1 ç.q jelatin
100 q qaymaq
1 ç.q qleserin yağı
1 ç.q bal
Qaymaq- quru dəri üçün çox xeyirlidir. Ancaq dəriniz yağlıdırsa qatıqdan,yaxud yağsızlaşdırılmış yoqurtdan istifadə etməyiniz məsləhətdir.
Təzə sıxılmış meyvələrin və ya tərəvəzlərin şirəsindən (limon şirəsindən başqa)istifadə etsəniz yaxşı olar. Unutmayın ki, quru dəri üçün şirin üzümdən, yağlı dəri üçün isə turş üzümdən istifadə olunur.
Siz hətta şərabdan da istifadə edə bilərsiniz. Ancaq çalışın ki, qırmızı şərabdan istifadə etməyəsiniz. Çünki, dərini qızarda bilər
İstədəyiniz halda qliserini zeytun yağı və ya istənilən başqa bitki yağı ilə əvəz edə bilərsiniz
Maskanın hazırlanması və istifadə qaydası
Qaymağı jelatində həll edib, 6-8 saat soyuducuda saxlayın. Soyuducudan çıxartdıqdan sonra jelatini buxarda tam həll edib üzərinə qliserin və bal əlavə edin.
Dəri üçün lazımi hərarətə qədər soyudub üz, boyun və dekolte hissəsinə çəkin.
20-25 dəqiqə saxladıqdan sonra soyuq süddə isladılan salfetlə maskanı silin.Silinməyən qalıqları isə ilıq su ilə yuyun.
Hazır maskanı 5-7 gün soyuducuda saxlayıb hər gün istifadə etmək olar.
Səhərlər üzü təravətləndirmək üçün soyuq halda, axşamlar isə qidalandırıcı effekti gücləndirmək üçün buxarda qızdırıb ilıq halda istifadə etmək olar.
Tarix: 19.06.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 161 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri