Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cahil cəmiyyət - Evdar qadın xarakteri

Cahiliyyə cəmiyyətinin çox böyük diqqətlə tətbiq etdiyi xarakterlərdən ilki «evdar qadın xarakteri» dir. Bu xarakter demək olar ki bütün cəmiyyətin tərəfindən çox yaxşı bilinir və hansı mədəniyyətdənolursa olsun dünyanın dörd bir tərəfindəki qadınların böyük əksəriyyəti tərəfindən tətbiq olunur. Bu xarakter, hardasa hər qız uşağının, uşaqlıq illərindən etibarən etina etdiyi və bir gün mütləq yaşamaq istədiyi modeldir. Bu mövzuda onlara nümunə olan ən yaxın insan da analarıdır. Analarını və ətraflarındakı digər qadınları müşahidə etmələri nəticəsində, yetkin bir qadının necə şəxsiyyətə sahib olacağı, həyatını hansı ideallar üzərinə quracağı, ya da günlərini necə keçirəcəyi haqqında uşaqların ağıllarında yavaş yavaş bir model formalaşmağa başlayır. Yaxşı ailə qurmaq, gözəl ev sahibi olub, sağlam uşaqlar dünyaya gətirmək, qohum və dostlara qonaq getmək, uşaqlarıntərbiyəsi, alış-veriş, ev təmizliyi, və buna bənzər işlər bu modelin təməl xarakterini meydana gətirir.

Əlbəttə insanın yaxşı bir ailə qurması, yaxşı ailə həyatına sahib olması bir gözəllik və nemətdir, möminlər də bu nemətə sahib olmaq istəyərlər. Ancaq burada səhv olan Allahın bildirdiyi əxlaqı vədavranışları mənimsəmədən, böyük bir dünyəvi ehtirasla bunlara sahib olma ehtirasıdır.Dünyaya dair hələ çox şey bilməyən uşaqlar bütün bu məşğuliyyətlərin bir qadın üçün ola biləcək ən ideal həyatı təşkil etdiyini düşünürlər və sorğu — sual etmədən gələcəkdə mütləq bu həyatı yaşamaq haqda qərarlarını verirlər və bu qərarlarını həyata keçirirlər.Bir insanın eviylə maraqlanması əlbəttə ki, pis, ya da qınanacaq bir davranış deyil. Ancaq insanın bütün dünyasının yalnız dörd divarla məhdud olması və ideallarının, zövqlərinin, vərdişlərinin, problemlərinin və üfüqünün də yenə eyni dörd divar arasında qalması və həyatının Quranda bildirilən əsl məqsədini unutması səhvdir. Necə ki, bu kəslər yaşadıqları məkan ilə birlikdə düşüncələrini də məhdudlaşdırır və kiçik bir dünyada yaşamağa başlayırlar.

Kiçik hədəfləri, kiçik məqsədləri, kiçik ümidləri, kiçik hesabları olur. Quranda təsvir edilən, Allaha qarşı vəzifəsini ən yaxşı şəkildə yerinə yetirən, Allahın razı qalacağı şəkildə hərəkət edən, davamlı Allaha yönələn, davamlı axirət yurdunu xatırlayan möminlərdən tamamilə uzaq xarakterə sahib olurlar.Cahiliyyə cəmiyyətindəki evdar qadın modelində, ən əhəmiyyətli mövzular; özləri, ailələri, uşaqları və gələcəyə aid planlarıdır. Orta səviyyəli bir ailədə bu planlar kirayə ödəməkdən ev sahibi olmaq, elektrik, su fakturasını, ya da uşaqlarının məktəb xərclərini qarşılaya bilmək, hətta bəlkə bir gün bir avtomobil sahibi olmaq, ya da evin əşyalarını yeniləmək ola bilər. Ancaq daha yaxşı şərtlərdə yaşayan bir evdar qadının idealları da ən az bunlar qədər məhduddur. Bu kəslərin planları da yenə eyni şəkildə evləri, ailələri, ya da uşaqları üzərinə qurulmuşdur. Rəfiqələri arasında evinin gözəlliyiylə, uşaqlarının hansı kolleclərdə oxuduqlarıyla, ya da yoldaşlarının özlərinə aldığı avtomobillə özünü göstərmək, bu kəslərin həyatlarına məna qazandıran ən əhəmiyyətli mövzulardır.

Təkrar ifadə etmək lazımdır ki, burada sayılanların hamısı əlbəttə ki lazımlı işlərdir, ancaq cahiliyyə qadınlarının səhvi, sıralanan bu bir neçə kiçik zövq xaricində yüksək bir ideal əldə etməmiş olmalarıdır. Yoxsa yaşadıqları bu həyatı yüksək bir ruh və böyük ideallar üzərinə qursalar, hətta eyni şərtlərdə yaşasalar belə bu xarakterdə sıxışıb qalmazlar. Bunun ən gözəl nümunələrini mömin qadınlarda görmək mümkündür.Allaha iman edən bir insanın qadın olsun, kişi olsun üfqü geniş, idealları böyükdür. Mömin xarakterini daşıyan bir qadın yalnız evinin, ailəsinin ya da qohumlarının deyil, bütün dünyanın məsuliyyətini boynuna götürmüşdür. Lazım olduğunda o da dörd divar arasında otura bilər, ev işlərini görüb rəfiqələri ilə görüşə bilər, amma düşüncələrini, hədəflərini, ya da məsuliyyətlərini əsla bu məkan ilə məhdudlaşdırmaz. Kiçik hədəflərin arxasından qaçan kiçik bir insan olmağı qətiyyən özünə yaraşdırmaz və qəbul etməz. Oturduğu yerdən bütün dünyanın problemlərinə çıxış yolu axtarar, fikirlərini təkmilləşdirər, kilidlənən nöqtələrin açılmasını təmin edər və ən əhəmiyyətlisi də bütün bunlardan müsbət nəticələr əldə edər.

Cəmiyyətin özü üçün təyin etdiyi modeldən uzaqlaşmayan və bundan kənara çıxmağı hədəfləməyən cahiliyyədəki evdar qadın həyatını özü üçün çəkilən sərhədlər içərisində yaşayar. Bunun ən əhəmiyyətli səbəblərindən biri dünyanın yaşadığı tək yer olduğunu zənn etməsi, axirətin və Allaha hesab verəcəyi günün yaxınlaşmaqda olduğu gerçəyini göz ardı etməsidir. Əlbəttə ölümdən sonrasını düşünməyən bir insanın bütün həyatı da bu qısa dünya həyatına aid mənfəətlər əldə etmə səyi içində keçər. Və belə bir insan ətrafındakı kəslərin təyin etdiyi qaydaların xaricinə çıxmadan yaşamağa çalışar. Allahın razılığını deyil, ətrafındakı yüzlərlə insanın razılığını axtarar. Bunun nəticəsi də, cahiliyyənin primitiv həyat tərzidir. Bu həyat tərzinin əsas prinsipləri isə müəyyən şeylərdən ibarətdir.


Tarix: 25.05.2013 / 19:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 147 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...