Özünə qulluq etmək və gözəl görünmək hər qadının arzusudur. Bunun üçün çox vaxt xüsusi qulluq vasitələrindən, makiyajdan istifadə edilir. Ancaq kortəbii istifadə edilən makiyaj müvəqqəti olaraq gözəl görünüş versə də, dərinin sağlamlığına ciddi ziyan vura bilər. Makiyaj vasitələrinin ən böyük əks təsiri allergik reaksiyalar yaratmasıdır. Bəs bunların qarşısını almaq üçün nə etmək lazımdır?
1. Makiyaj vasitələrini istifadə etməmişdən öncə test edin.
Vasitələri alıb istifadə etməmişdən öncə onların test məhsulunu alın. Əgər bir məhsul 72 saat ərzində heç bir allergik reaksiyaya yol açmırsa onun qarşıdakı günlərdə də allergiya yaratmaq riski çox azdır. Bu məsələdə xüsusilə həssas dəriyə malik olanlar diqqətli olmalıdır.
2.Makiyajla yatmayın
İstifadə edilən vasitələr üzdə uzun müddət qalmamalıdır. Xüsusilə yatarkən üz mütləq təmizlənməli, yuyulmalıdır. Dəri təmizlənəndən sonra nəmləndirici kremdən istifadə zəruridir.
3. Səhv makiyaj sızanaq və qara nöqtələr yaradır
Makiyajın bilinən ən böyük əks təsirlərindən biri də qara nöqtələrin yaranmasıdır. Dəri tipinə uyğun olmayan vasitələrdən istifadə etdikdə üzdəki məsamələrin içinə yağ yığılır ki, bu da qara nöqtələrin yaranmasına səbəb olur. Daha yaxşı olar ki, makiyaj vasitələri seçəndə peşəkarlarla məsləhətləşəsiniz.
4. Nəmləndirici quruyandan sonra makiyaj edin.
Nəmləndiricidən istifadədən dərhal sonra makiyaj etmək xoş olmayan görüntü yarada bilər. Bunun üçün nəmləndiricinin tamamilə dəriyə hopmasını gözləyin. Makiyajla bağlı önəmli məqamlardan biri də dodaq boyasından sonra dodaqlarda çatların meydana gəlməsidir. Bunun üçün daha yaxşı olar ki, yağlı nəmləndirici sürtülsün, ya da yağlı boyadan istifadə edilsin.
5. Yaxşı təmizlənməyən dəri tez qırışır.
Makiyajla bağlı xətalardan birincisi onun doğru şəkildə təmizlənməməsidir. Dəridə qalan makiyaj vasitələri onun qalınlaşmasına, erkən qırışlara, məsamələrin böyüməsinə, dərinin rənginin solğunlaşmasına səbəb ola bilər.
6.Heç kimin makiyaj vasitələrindən istifadə etməyin.
Başqasının makiyaj vasitələrindən istifadə edilməməsi ən başlıça qaydadır. Bu bir nəfərdə olan infeksiyaların yayılmasına yol aça bilər. Əgər açıq yaralar varsa bu risk daha böyük olur. Kosmetik vasitələrdən əlavə onların çəkilməsində istifadə edilən fırça, süngər, pambıq kimi vasitələrdən də şərikli istifadə yolverilməzdir.
7. Makiyaj etməmişdən öncə əllərinizi yuyun.
Kosmetikadan istifadə etməyə başlamazdan öncə əllər mütləq yuyulmalıdır.
8. Makiyaj vasitələrini düzgün qorumaq lazımdır.
Məhsullar təlimata uyğun istifadə edilməlidir. Onların qapaqları möhkəm bağlanmalı, isti yedə saxlanmamalı, istifadə müddəti bitən məhsullar atılmalıdır. Günəş şüasına, istiliyə məruz qalan məhsulların qoruyuculuq dəyəri məhv olur. Nəticədə məhsul tez xarab olur və bakteriyaların yaranması sürətlənir.
9. Dəridəki yaranı makiyajla qapatmayın.
Dəridə hər hansı yara, sıyrıq, zədə varsa onların üstünü makiyajla örtməkdən çəkinin. Əks təqdirdə bura infeksiya düşə və problem daha da şiddətlənə bilər.
Tarix: 22.06.2013 / 13:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 144 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri