Makiyajda xırda hiylələr edərək kiçik burunlu, qalın dodaqlı, hətta daha gənc görünmək mümkündür. Qısa zaman ərzində makiyajınızı daha qabarıq və canlı etmək mümkündür. Əvvəllər podiumda nümayiş olunan makiyaj formaları indi gündəlik həyatımızda da istifadə olunur.
Göz qapaqlarına mirvari rəngli tondan əlavə, tünd rəngli, pigmentli kölgələr də istifadə etmək olar. Tünd rəngli kölgələri aşağıya doğru çəkin. Bu gözləri daha mənalı edir.
Makiyaj yaş artdıqca daha fərqli qaydada edilməlidir. Üz makiyajında daha yüngül rənglər, dodaqlarda isə açıq rənglərdən istifadə etmək lazımdır. 40 yaşdan sonra makiyajdan daha az istifadə etmək lazımdır. Bunu heç vaxt yaddan çıxarmayın.
Həmçinin üzə başqa ştrixlər də etmək lazımdır. Üz dərinizdən bir ton tünd kirşanla alın və yanaqlarınıza kölgə verin. Bunun ardından yanaqlarınıza yuxarıya doğru parlaq tonda ənlik çəkin. Yuxarıya doğru çəkilən ənlik yanaqları daha iri və qabarıq göstərir.
Bir-birinə yaxın gözləriniz varsa, göz qapaqlarına ya da əksinə bir-birindən uzaq gözləriniz varsa, gözün kənarlarına ağ və işıltılı kölgə vuraraq bunu həll edə bilərsiniz.
Tarix: 22.06.2013 / 13:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri