Makiyaj edərkən çoxumuz dodaq qələmi istifadə etməni atlayırıq, bu bir gerçək. Yaxşı dodaq qələmi istifadə etmək niyə əhəmiyyətlidir desəniz sizə bir neçə səbəb saya bilərəm;
1. Qalıcılıq Təmin edər
Pomadanızın daha qalıcı olmasını istəyirsinizsə dodaq qələmi istifadə etməlisiniz. Dodaq qələmi, pomadanın dodağınıza daha yaxşı yapışmasını təmin edər və beləcə pomadanızı tez-tez təzələmək məcburiyyətində qalmazsınız.
2. Dağılmağı Önləyər
Bildiyiniz kimi xüsusilə tünd rəngli pomadalarda dağılma problemi vardır. Dodaq qələmi pomadanızın dağılıb, kənarlardan yayılmasını önləyər, daha düz görünməsini təmin edər.
3. Dodağın Şəklini Vurğular
Dodaq qələmi eyni zamanda dodağınızın şəklini vurğular. Əgər dodaqlarınız dolğunsa bunu dodaq qələmi ilə ön plana çıxara bilərsiniz. Eyni şəkildə dodaqlarınız kiçik isə dodaq qələminin yaradacağı təsiri dərhal fərq edəcəksiniz.
4. Solğun Görünüşü Önləyər
Pomadanızı çəkmədən əvvəl eyni rəngdə bir dodaq qələmi ilə dodaqlarınızı doldursanız, pomadanız çıxmağa başlasa belə zəmini eyni rəngdə olacağı üçün sizi çılpaq görünüşdən qoruyar. Beləcə pomadanızı təzələyənə qədər dodaqlarınız hələ rəngli qalar.
5. Dolğun Göstərər
Dodaq qələmi yalnız dodaqlarınızın şəklini ortaya çıxarmaqla qalmaz, eyni zamanda daha dolğun bir görünüş qazandırar.
Qısacası cazibədar dodaqlara sahib ola bilmək üçün dodaq qələmi şərt. Dodaq qələminizi çəkəcəyiniz pomada ilə eyni rəngdə seçməyi unutmayın.
Tarix: 19.06.2013 / 20:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 70 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri