Maskanın hazırlanması: Mayanı bir qaba qoyun və üzərinə damla-damla su əlavə edin. Bunu edərkən hər damlanın ardından çox gizli "sızanaq yox edici"
Vəsaitlər: Bir paket quru maya və su.
Maskanın hazırlanması: Mayanı bir qaba qoyun və üzərinə damla-damla su əlavə edin. Bunu edərkən hər damlanın ardından çox yaxşı qarışdırmağa diqqət yetirin. Orta sıxlıqda bir məcun konsistensiyasına çatdığında hazır olmuş deməkdir.
Maskanın uyğulanışı: Hazırladığınız bu qarışığı partlamış ya da partlamaq üzrə olan sızanaqlarınıza nöqtə nöqtə sürün. İstər yüzünüz istəsəniz də bədəniniz üçün istifadə edə biləcəyiniz bu qarışıq 30 saniyədə quruyacağı üçün rahatlıqla yatağınıza girib maskanızla yata bilərsiniz.
Nəticə: Maya bakteriyaları öldürdüyündən sivilcələri də yox etmə gücünə malikdir. Beləcə illərdir döyüşdüyünüz sızanaqlarınızdan asanlıqla xilas ola bilərsiniz.
Kremli yaşıl çay maskası
Vəsaitlər: 1 ədəd paket yaşıl çay, 2 şorba qaşığı turş krem, bir ədəd yumurta sarısı, 1 çay qaşığı zeytunyağı, 1 çay qaşığı bal.
Maskanın hazırlanması: Bir stəkanın dördə biri qədər suyun içərisində paket yaşıl çayı, 1 şorba qaşığı su qalana qədər qaynadın. Və bunu soyuducunda 15 dəqiqə qədər soyumağa buraxın. Bu sırada digər bütün vəsaitləri 30-60 saniyə qədər çırpın. 15 dəqiqə sonra, soyumuş suyu bu qarışığa əlavə edin.
Maskanın uyğulanışı: Hazırladığınız qarışığı, əvvəldən təmizlənmiş və peeling tətbiq olunmuş dərinizə sürün. Maskanı 15 dəqiqə yüzünüzdə gözlədin. Bu çox yumşaq bir maska olduğundan qurumayacaq. İfadə edilən müddətin ardından ilıq suyla yüzünüzü yaxşıca yuduqdan sonra tonik və nəmləndirici ilə dəri baxımınızı tamamlayın.
Nəticə: Bu vəsaitləri istifadə etdikdən sonra dəriniz bir daha köhnəsi kimi olmayacaq. Artıq daha canlı və daha parlaq bir dərinin dadını çıxarmağa hazır olun. Yaşıl çayın antioksidan təsiri, turş kremin zəngin yağı və zülal məzmunuyla həssas dəriniz ipəksi bir görünüş qazanacaq.
Tarix: 17.06.2013 / 20:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 143 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri