Ay kişinin oğlu, ibadət vaxtı da telefona baxarlar ??
Mobil təhlükəsizlik firması Lookout’un 2098 ağıllı telefon sahibi ilə reallaşdırdığı anketə görə, istifadəçilərin 58%-i saatda ən az bir dəfə telefonuna baxır. 18-34 yaş aralığındakı istifadəçilərdə bu nisbət 68%-ə çatır. Lookout’un nümayiş etdirdiyi bu nəticələr ağıllı telefon istifadəçiləri ilə siqaret asılıları arasında bir çox bənzərlik olduğunu ortaya çıxardı.
Anketin ortaya çıxardığı bir başqa əhəmiyyətli tapıntı isə ağıllı telefon asılılarının qanunları və ictimai qaydaları əzib-keçməyə daha uyğun olmasıdır. Ağıllı telefon istifadəçilərinin 30%-i yemək əsnasında, 24%-i avtomobil istifadə edərkən, 9-i isə dini vəzifələrini yerinə yetirərkən telefonlarına nəzarət etdiklərini etiraf etmişdir. texnopress
Azərbaycanda da vəziyyət belədir..
Əslində elə bizdə, Azərbaycanda da vəziyyət belədir..Harda baxırsan, kimə baxırsan, hamının əlində telefon ya internetdədi, ya sms yazır, ya oyun oynuyur ya da heçnə loru dildə desək qurtdalanır..Hələ qulağında qulaqcıq mahnı dinləyəni demirəm..Dünya aləm veclərinə deyil..
Razıyam ki, mobil telefon bizim həyatımızın ayrılmaz hissəsidir amma bu qədər də yox..Çox demirəm elə ətrafınıza nəzər salsaz nə demək istədiyimi başa düşəcəksiz..Yatağa yanında telefonla uzanıb, səhər yuxdan qalxan kimi dərhal telefonuna baxanlar, məsciddə oturub telefonla qurtdalanlar, dərs vaxtı sosial şəbəkəyə daxil olanlar, bekarçılaqdan kiməsə zəng vurub çənə döyənlər və s. buna oxşar o qədər ürək açmayan misal gətirmək olar ki, hansıdakı mobil telefonların artıq həyatımıza mənfi təsir etdiyni görürsən..
Hələ mən sms xəstələrini demirəm..Günə 30-50 sms yazmasalar elə bil gündəlik planları doldurulmamış qalır..
Bəlkə belə bir testə cavab verəsiz ?
Maraqlıdır görəsən siz özünü nə dərəcədə mobil telefonlara meyilli sayırsız ?
a) telefon mənə ancaq zəng üçün lazımdı
b) zəngdən başqa arada mahnıya da qulaq asıram, hələ oyun da oynuyuram..
c) normaldan biraz çox istifadə edirəm..Hansi ki, istifadə etməyə də bilərəm..
d) Bilmirəm, bəlkə də telefon xəstəsi sayıla bilərəm..
e) Mən konkret telefon xəstəsiyəm..Telefonla yatıb, telefonla dururam..
Tarix: 12.06.2013 / 21:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 147 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri