Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cazibədar olmaq istəyənlərin diqqətinə ...

Bütün qadınlar gözəl olmaq istəyir, gözəl və cazibədar olmaq üçün isə baxım əsas şərtdir.

Hər şeydən əvvəl dəri təmizliyinə diqqət edin. Hər gün duş alın. Əl və ayaq baxımını unutmayın. Kişilər üzdən sonra ilk olaraq əllərə baxır və qadının səliqəsini əllərin təmizliyinə görə, müəyyənləşdirir. Yeni stildə geyinin. Ayaqlarınızı gözəl göstərən cins şalvarlar alın. Rahat ola biləcəyiniz geyimlər geyinin. Düz və sadə geyimlərinizdə maraqlı aksessuarlar istifadə edin. Bu aksessuarlar sizə maraqlı üslub, tərz və stil sahibi olmağa kömək edəcək.

Makiyajınızda dəyişiklik edin. Rəngli və əlvan tonlarda olan geyimlər geyinməyə qorxmayın. Lakin bu geyimlərdən tez-tez istifadə etməyin. İdmanla məşğul olun və kilonuza fikir verin. İdmanla məşğul olan qadınlar kişilərə daha cazibəli gəlir. Kişilərin ağlını başından alan parfümlərə diqqət edin. Gecə və gündəlik üçün ayrı parfümlər alın. Söhbət edərkən kişinin gözünə baxın və gülümsəyin. Mütəxəsisslər söhbət edən zaman qarşıdakı insanın gözünün içinə baxmağın daha təsiredici olduğunu bildirir.

Ən vacib məsələ isə özünəgüvəndir. Kişilərə ehtiyacınız olsa da, öz ayaqlarınızın üstündə durmağı bacarmalısınız. Münasibətlərinizdə hər şeyi qarşı tərəfin üstünə yıxmayın və problemlərinizi birlikdə həll edin.

Bu məsləhətlər sizin daha cazibədar olmağınıza kömək edəcək.


Tarix: 11.06.2013 / 20:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 111 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...