Bütün sevgilər və yaxşı niyyətinizlə ona yazdığınız sətirlər eyni təsiri yaratmaya bilər. Kişilərin və qadınların fərqli düşüncə tərzləri, gözləmələri və romantizm anlayışları cib telefonu mesajlarına da əks olunur.
Bir əlaqə formasının açdığı mövzu başlığına oxuyucuların yazdıqları onları ən çox əsəbiləşdirən telefon mesajlarını açıqca -və ən komik halıyla- göstərir.
Ona uzun bir mesaj g[nd'rmisiniz və sizə qısacıq, hətta tək sözlü bir cavab vermişdir. Daha sonra əsl bomba gəlir:
"Sənə uzun bir mesaj yazdım və cavabın bumu?"
Bax buna havalanırlar.
Romantizm niyyətiylə köhnə mesajlarınıza nəzər salarsınız və diqqətinizi bir şey çəkər. Sonra bunu ona yazarsınız və nəticə fiyasko olar:
"Köhnə mesajlara baxıram da, mən sənə daha çox mesaj göndərmişəm."
Bir kişi üçün bu heç bir şeyin dəlili deyil, diqqət!
Axtardığınızda telefonu məşğulsa səhv başa düşülmələrə icazə verməmək üçün kiçik bir xatırlatma etmək istəyərsiniz amma...
"Səni axtardım, telefonun məşğul idi."
Bəli, telefonunun məşğul olduğunu o da bilir! Uyğun olduğunda sizi axtaracaq. Bu mesaj onlar üçün gərəksiz və əsəb pozucudur.
Onu düşünərkən bir anda kədərlənə bilərsiniz, birdən ağılınıza keçmiş bir problem gələ bilər! Bunu onunla paylaşmaq istəyirsiniz, deyilmi?
"Həmişə mən sənə romantik yaxşı gecələr mesajları göndərirəm, niyə sən də yazmırsan? İçindənmi gəlmir?"
O bu mesajı gördükdən sonra içindən telefonu atmaq gəlir, əmin ola bilərsiniz!
Mesaj yazmaqla telefonla danışmaqdan daha asan, bəzən də daha səmərəli gələ bilər. Amma uzun uzun planlarınızı izah etdiyiniz mesajlara eyni şəkildə qarşılıq almaq məcburiyyətində deyilsiniz.
"Mən səhər məktəbə gəldim. Dərs boş olunca yoldaşlarla qəhvə içdik. Alış verişə çıxacağıq. Son dərsə girmək də istəmirəm. Sən nələr edirsən?"
"Yaxşıyam həyatım işləyirəm."
"Bu qədərmi?"
"..."
O mesajı əsla göndərməyin!
Həyəcanla ona izah etdiyiniz şeylərdə neçə dənə ifadə istifadə edirsiniz? Gülücüklər, çaşmış üzlər, gözyaşları... O bundan çox xoşlanmır ola bilər.
"Göndərdiyin mesajda heç ifadə istifadə etməmişdin. Bir şeymi oldu, mənəmi əsəbləndin? Yoxsa canınmı sixildi?"
Bu mesajdan etibarən, bəli, canı sıxılmış olacaq!
Tarix: 11.06.2013 / 20:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 191 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri