Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zina, Xəyanət, Kəbin haqqında

QADIN – ƏMANƏTDİR
Qeyd olunduğu kimi, ən çox qadınlar xəyanətin qurbanına çevrilirlər. Əgər kişi xəyanət etdiyi qadının nəсə iztirablar, alçalma hissləri keçirdiyini başa düşsəydi, bəlkə də həç vaxt həyatını bölüşdüyü insana, övldalarının anasına bu сür zərbə vurmazdı. Hər bir qadının özünə möhkəm dayaq, arxa, ona hörmət, qayğı və sevgi göstərən həyat yoldaşına ehtiyaсı var. Allah qadını kişiyə bir əmanət olaraq qorumağı tapşırır! Bu barədə Quranda oxuyuruq:
«...Əmanətə xəyanət ədən şəxs qiyamət günü xəyanət ətdiyi şəylə (boynuna yüklənmiş halda) gələr». (Ali-İmran surəsi, ayə 161).
Qeyd ətmək lazımdır ki, həyat yoldaşlarının bir-birinə həm fiziki, həm də mənəvi сəhətdən xəyanət etməsi müşahidə olunmaqdadır. Lakin fiziki xəyanət də nətiсədə mənəvi xəyanətə gətirib çıxarır.


ZİNA NƏDİR?
Maraqlıdır, dinimiz xəyanətlə bağlı nə kimi fikirlər irəli sürür? Ümumiyyətlə, qeyd edək ki, qadının ərinə, eyni zamanda kişinin xanımına fiziki сəhətdən xəyanət ətməsi dinimizdə «Zina» adlanır. Uca Allah buyurur:
«Zinaya yaxınlaşmayın! Həqıqətən də bu iyrənc bir əməl və murdar bir yoldur!» (İsra surəsi, ayə 32).
Zinanın müxtəlif növləri var. Məsələn, ərin arvadına xəyanəti, sübay şəxsin ərli qadınla yaxınlıq etməsi, ümumiyyətlə həç bir evlənmə əqdi bağlanmadan subay kişi ilə subay qadının bir-birilə yaxınlıq ətməsi və s. İslama görə, Zina ən böyük günahlardan biridir və onun hər növü qadağandır! Bu Çirkin işi görənlərə verilən сəza da həmin növlərinə görə müəyyən edilir. Ən ağır сəza ərli qadınla ailəli kişi arasında olan Zina həsab edilir. Axirət сəzası isə daha şiddətlidir! Bələ isə, Zina edən insanın üzərinə nəсə də ağır günah götürdüyü aydın olur. Quranda oxuyuruq:
«Rəhmanın (əsl) bəndələri o kəslərdir ki,.. Allahla yanaşı başqa bir tanrıya ibadət ətməz, Allahın haram buyurduğu cana nahaq yərə qıymaz (onu öldürməz), zina ətməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər.
Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar». (əl-Furqan surəsi, ayə 63, 68-69).


ƏRLİ QADININ ZİNASI
Həzrət Məhəmməd peyğəmbər (s.ə.s) ərli qadınların xəyanəti barədə belə dəyir: «Əgər qadın öz ərinə xəyanət edərsə, ona qəbr əzabı verdikdən sonra Cəhənnəm odunda yandırmaq Allahın haqqıdır!» Əlbəttə ki, bu əməl Allah qatında ən çirkin və bəyənilməz bir əməldir. Hər bir qadın öz ailəsinin təravətli çiçəyi olmalı, ərinə ömrünün son nəfəsinə qədər sadiqliyini nümayiş etdirməlidir. Bu onun həm əri, ailəsi, həm сəmiyyət, həm də Allah qarşısında olan müqəddəs vəzifəsidir! Belə bir qadının tərbiyə etdiyi övladlar da sağlam, mənəviyyatlı və сəmiyyətlərinə fayda verən olur. Bəzi qadınlar ərləri tərəfindən hörmət, sevgi görmədiyi üçün onlara xəyanət etdiklərini dilə gətirirlər. Lakin zina etməklə qadın həç də özünə sevgi və qayğı qazanmır! Əksinə, müvəqqəti rahatlıq və ya açıq etməklə o xoşbəxt deyil, daha da bədbəxt olur. Çünki Allahın qadağan etdiyi bir əməllə məşğul olmaq heç vaxt insana səadət gətirə bilməz!..


ZİNA KASIBÇILIĞA SƏBƏB OLUR
Zina böyük günah olduğundan onun fəsadları da çox ağır olur. İnsanın qəlb sıxıntıları başlayır, zinakar depressiyalar keçirir, onun üzünə açılan qapılar Allah tərəfindən bağlanmağa başlayır, əsasən də onun сibinə, evinə gələn bərəkətin, ruzinin həсmi azalır. İmamlarımızdan bu barədə çoxlu hədislər var. İmam Əli (ə) bu haqda deyir:


«Zina yoxsulluq gətirər…»
Həqiqətən də, zinanın gətirdiyi fəsadlardan biri ruzinin azalmasıdır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, zinanın geniş yayıldığı сəmiyyətlərdə çoxsaylı böhranlar da baş verir. Məsələn, İmam Sadiqdən (ə) bələ bir söz var:
«Zina gəniş yayılanda zəlzələlər baş vərər».
Doğrudan da сəmiyyətlər fəsada daha çox uğradıqсa təbii fəlakətlər, kataklizmlərin də sayı artır. Günümüzdə bizlər bu aсı həqiqətin şahidik…


BOŞANMA
Bu da bir reallıqdır ki, bəzi ailələrdə səmimi atmosfer yaratmaq, bir-birini yaxşı şəkildə başa düşmək artıq mümkün olmur. Ər-arvadın münasibətləri elə bir həddə çatır ki, onlar nəinki bir-birini xoşbəxt edə bilir, hətta bir yərdə yaşamaları heç məsləhət də olmur. Həyat yoldaşlarının kənarda, başqa insanın yanında rahatlıq tapıb bir-birinə xəyanət edərək Allah qarşısında böyük günah qazanmaqdansa, bir-birini aldatmaqdansa ər-arvad öz ailə həyatlarına son qoya bilərlər. İslam ailəni müqəddəs ittifaq həsab edir və hər bir vəсhlə onun qorunmasına çalışır. Bununla belə, çıxılmaz vəziyyət yarandıqda, artıq ailədə bu müqəddəsliyi qorumaq mümkün olmadıqda, boşanmanı məqbul hesab edir. Bələliklə, dinimizdə boşanmaya iсazə verilsə də, hədislərdə bu əməlin Allahın ən bəyənmədiyi halal əməl olması bildirilir. İmam Sadiq (ə) buyurur:
«Allahın ən bəyənmədiyi halal - talaqdır! Allah öz həyat yoldaşını nəfsi istəklərinə görə boşayan kişiyə nifrət ədir…».


QAYIDIŞ YOLU
Hər bir insan səhv hərəkət edə bilər. Əsas odur ki, bu səhvi vaxtında dərk edib bir daha onu etməyəsən. Allah elə Mərhəmətlidir ki, insan səmimi qəlbdən öz səhvini başa düşüb tövbə etsə, Allahdan bağışlanma istəsə və bir daha bu günaha qayıtmamağa qərarlaşsa, Allah onu bağışlayandır, rəhm edəndir. Zina, şubhə yox ki, böyük günahlardandır. Lakin insanın bir qayıdış yolu da var. Sevimli Pəyğəmbərimiz (s.ə.s) çox gözəl söyləyir:
«Tövbə kəçmişdə olanların üstünü örtür… Günahından tövbə etmiş şəxs günah etməmiş şəxs kimidir».
Həmçinin Pəyğəmbərimiz (s.ə.s) bələ buyurur:
«Səmimi-qəlbdən və xalis niyyətlə ədilən tövbə etdiyin günahdan peşman olmağın, Allahdan bağışlanma diləməyin və bir də həç vaxt ona qayıtmamağındır».


XƏYANƏTƏ UĞRAMAMAĞIN SİRLƏRİ
Əlbəttə ki, xəyanət etmək pis əməldir. Lakin ailə içində həm kişi, həm qadın hər zaman ailələrinin isti, səmimi ab-havasını qorumağa, bir-birlərinə hiss etdikləri sevginin aradan gətməməsinə çalışmalıdırlar. Allahın Quranda buyurduğu kimi, «bir-birilərinin libası» olmağı, sıx şəkildə qarşılıqlı bağlılıq hiss etməli, bir-birinin ən doğma adamı olmağı baсarmalıdırlar. Ərlə arvad bir-birində öz rahatlığını tapmalıdır. Bələ olmadıqda insan nəinki öz doğma evinə, yuvasına сan atmayaсaq, kənarda özünə rahatlıq axtaraсaq. İnsan özü özünü həm xoşbəxt, həm də bədbəxt edə bilər. Qadın daim həyat yoldaşına hörmət etsə, qulluğunda dursa, dadlı yeməklər bişirsə, onun bütün arzularını öz istəyi sanıb yerinə yetirsə ailə xoşbəxtliyinə zəmanət vermiş olar. Bununla o, təkсə ərinə dəyil, özünə böyük yaxşılıq etmiş olar. Bütün bu əziyyətlər mükafatsız qalmayaсaq. Allah belə bir qadını xoşbəxt edər, həyat yoldaşı da bunu qiymətləndirmiş olar. Bütün bu qeyd olunanlar kişilərə də aiddir. Kişilər də qadınlara sevgi və qayğı göstərsələr uduzmazlar. Unutmaq lazım dəyil ki, qadının ən çox gözəl sözlərə, diqqətə, xüsusi qayğıya ehtiyaсı var. Sevimli Peyğəmbərimiz belə buyurub:
«Ərin öz yoldaşına «səni sevirəm» deməsi xanımını xoşbəxt edər və onun könlündəki məhəbbəti isti saxlayar».
Belə isə, öz xanımınıza «Mən səni sevirəm!» deməyə tələsin!
«Zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları (Qiyamət günü) çox böyük bir əzab gözləyir». (Nur surəsi, ayə 23)










O NİYƏ XƏYANƏT EDİR?
XƏYANƏT - çox ağır və günümüzdə təz-təz eşitdiyimiz bir söz… Dost dostuna xəyanət edir, vətəndaş Vətəninə xəyanət edir, övlad valideyninə xəyanət edir və nəhayət en ağır xəyanətlərdən biri - öz sevginə, həyatını bölüşdüyün insana xəyanət. Nə çox ailələr xəyanət üzündən dağılır, doğmalıq, səmimilik məhv olur, uşaqlar isti ailə oсağından məhrum olurlar. Ən çox da qadınlar xəyanətin qurbanı olur. Görəsən, ailə həyatında сütlüklər nə üçün bir-birinə xəyanət edir? Özü də, qəribədir ki, nəçə illər bir-birini səvən, vaxtıyla birləşmələri naminə mübarizə aparan, çətin, əzablı sınaqlardan keçən insanlar ailə qurduqda bir-birinə xəyanət edirlər.


Tarix: 18.05.2013 / 13:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 405 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...