Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qol necə incələr?

Qollarınızın qalın olması sizi olduğunuzdan daha kilolu göstərər. Qalın qol problemi ilə başa çıxmaq üçün yalnız diyet etmək çatmaz. Diyet ilə birlikdə əzələ möhkəmləşdirici qol məşqləri də etmək lazımdır. Beləcə qollar həm incelir həm də möhkəmləşər. Qol sallanmalarına qarşı da yenə bu qol naziltmə hərəkətləri edilməlidir.
Başlıca qol möhkəmləşdirən, qolları nazildən və qol əzələlərini gücləndirən qollara xüsusi məşqlər
Hər bir məşqi 30 saniyəlik iki set şəklində etməniz lazımdır. Yəni hər bir hərəkət üçün bir dəqiqənizi ayırmalısınız. İki 30 saniyəlik set arasında bir miqdar istirahət etməyi laqeyd yanaşmayın. Bu məşq proqramını həftədə iki ya da üç dəfə etməlisiniz. Ən yaxşı nəticə almaq uçunsə hər gün etməniz lazım olduğunu söyləyir idman təlimçiləri, etibarlıdır çünki yalnız bədən ağırlığınızı qaldırarsınız.



Low Hover
Matın üzərinə uzanın və əllərinizi çiyin xəttində açın. Qıçlarınızı uzadın və ayaqlarınızın ağırlığını barmaq uclarınıza verin. İtələmə çəkmə mövqesi üçün tarazlığı təmin edin. Gövdənizin üst qisimini yerə doğru itələyin və çəkin.
Qarın əzələlərinizi sisinç dirsəklərinizi geridə saxlayin. Dirsəklərinizi gövdənizə yaxın tuutn. Zəminə bir neçə santimetr yaxın dayanacaq şəkildə gövdənizi aşağı itələdiyinizdə 10 elə 30 saniyə qalın. Əgər kürək probleminiz varsa hərəkətin daha asan bir versiyasını təcrübə edin.
Chair Dib
Əllərinizlə kürsünün ucuna möhkəmcə tutun.Yaniniz kürsüyə dəyməsin, ağırlığınızı əllərinizlə dəstəkləyin. Sol qıçınızı düz uzadın, digər qıçınızı yerə 90 dərəcəlik bucaqla bükün.
Hərəkəti edərkən dirsəklərinizi geriyə doğru bükün və yavaşca ombanızı yerə doğru endirin. Təkrar yuxarı çıxmaq üçün qollarınızı düzləşdirin, ayaqlarınızdan kömək almayın. 8 ilə 15 arası təkrarla bir seti tamamlayın. Sağ qıçınızı düz tutun, sol qıçınızı bükərək hərəkəti təkrarlayın.

Triceps Stretch
Sol qolunuzu başınızın üstünə qaldırın və başınızın üzərindən sağ çiyininizə doğru bükün.
Sol dirsəyinizi sağ əlinizlə tutun, əsnəmək üçün yavaşca dirsəyinizi sağ çiyininizə doğru çəkin. Bu şəkildə 20 saniyə qalın və sonra digər qolunuzla eyni hərəkəti edin.


Tarix: 13.05.2013 / 20:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 185 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...