Sevgi – inadkardır, qadınlarsa həssas. Buna görə, qadına ayrılmaq istəyinizi demək hərdən atomu parçalamaqdan da çətin olur. Ortaq keçmişiniz olan qadını incitmək, küsdürmək istəmirsiniz. Amma ürəyinizdə sizi tərk etsin deye yalvarsınız. Heç nə olmasa, hər şey öz axarı ilə davam etsə, əlbəttə, sizdən ayrılmayacaq, ona görə sizə bu yollardan birini təklif edirik:
İyrənclik edin
Düzdür, heç yaxşı səslənmir, amma qadınlar iyrəncliyə çox tez reaksiya verirlər. Sizdən ayrılmağını istəyirsinizsə, yanında gəyirin, soğanlı-sarımsaqlı yeməklər yeyin, dişinizi sürtməyin, yəni ağlınıza nə gəlirsə edin. Hələ burnunuzu eşsəniz, ayrılıq daha da kəsinləşər.
Hər şeyə qarışın
Qadınlar mülayim kişiləri sevirlər. Əmin olun ki, heç bir qadın anası kimi hər işinə qarışan kişiyə dözə bilmir. Məsələn, çölə çıxanda üşüməsin deyə, əlavə paltar götürməyini 5 dəfə təkrarlayın, “Niyə? Hara gedirsən? Onlar kimdir?” sullarından bol-bol istifadə edin.
İçin, “özünüzə” gəlin
İçki mövzusunda heç vaxt dəyişməyəcək həqiqət var: qadınlar içib özünü itirən kişilərdən nifrət edirlər. Görüşə gələndə əlinizdə bir pivə, “sərxoş deyiləm” deyib nə olub-olmadığını unudana qədər sərxoş olmağınız, onu dəli edəcək. Çox içdiyinizi irad bildirəndə “Sən qarışma!” deməyiniz əsl nöqtəni qoyacaq.
İctimai yerlərdə “xuliqanlıq” edin
Mədəni, özünü aparmağı bacaran, nə danışdığını bilən kişi hər qadının arzusudur. Bunların əksini özündə birləşdirən kişi kimə lazımdır? Ona görə, ictimai yerlərdə söyüş söyün, yüksək tonal danışın, elə edin hamı sizə “mağaradan təzə çıxmış” kimi baxsın.
Xəsis olun
Ən vacib şeylərdən biri budur – xəsislik! Qadınlar bahalı hədiyyələr, luks restoranları, sürprizləri çox sevir – xəsis kişini neynirlər?! Daha bərbad bir situasiya düşünün: Onu luks restorana aparıb axırda hesabı onun ödəməyini istəyin, guya borc kimi. Ad günlərində bir-iki ucuz hədiyyə alın. Amma özünüzə bu müddətdə “korluq” verməyin. Qoyun görsün ki, siz özünüzə yox, ona qarşı xəsissiniz.
Rəqsdən iyrəndirin onu
Birlikdə getdiyiniz partidə hamı oturan vaxt, onu rəqsə dəvət edin, ağlınıza gələn ən axmaq hərəkətləri edib – “mən belə xoşlayıram” deyin.
Dinləməyin, maraqlanmayın
Ailəsindən, məktəbindən, dostlarından, hansısa vacib mövzudan danışsa, özünüzü eşitməzliyə vurun. Uzun söhbətlərə: “Yaxşı”, “Ok”, “Olar”, “Baxarıq” kimi sözlərlə son vurun.
Darıxdırıcı insan olmağa cəhd edin
Sizə gəzmək, kinoteatra getməyi təklif edəndə “Nəyə lazımdır ki?” deyib saatlarla PlayStation oynayın. Özünüz-özünüzdən bezənə qədər davam etdirin bunu.
Onun sevmədiyi paltarları geyinin
Heç bir qadın zövqsüz geyinən kişi ilə yanaşı yerimək istəməz. Məsələn, qırmızı kəmər – qırmızı ayaqqabı yaxşı fikirdir.
Qorxaq olun
Qorxaqlıq – qadınların kişilərə yaraşdırmadığı ən birinci xüsusiyyətlərdən biridir. Düzdür, qorxaq kimi davranmaq sizə xoş gəlməyə bilər, amma məqsədinizə çatmağa az qalıbsa, dözmək olar. Məsələn, sizə söyən adama reaksiya verməməyiniz sevgilinizi sizdən uzaqlaşdıracaq.
Rəfiqələrinə pis davranın
Sevgilinizin rəfiqələri haqqında pis şeylər deyin, onlarla görüşəndə qaş-qabaq sallayın, kobud rəftar edin.
Başqa qızları tərifləyin
Sizin görüşünüzə gələndə min cür paltar geyinib çıxaran, yarım, yaxud bir saat saçı-makiyajını düzəldən qızın yanında daha baxımsız, idman stilli başqa bir qız haqqında “Gör nə yaxşı geyinib, mənim belə geyimlərdən xoşum gəlir” deməyiniz söyüşdən də betər olacaq.
Uğursuz olun
Uğurlu kişilər hər yerdə onsuz da seçilir. Uğurlu karyerası olan kişini isə hər qadın istəyər. Ona görə, işinizdə bəxtiniz gətirmirmiş kimi davranın. Əvvəlcə, sizə dəstək olacaq, bir müddət sonra tənbəl olduğunuzu, ətrafınızdakı fürsətlərdən yararlana bilmədiyinizi görüb yavaşca ayrılacaq sizdən.
Dedi-qodu edin
Bir sözlə, kimi görürsünüz, kimlə tanışsınız, hamının arxasınca bol-bol danışın. Qadınlar dedi-qodu sevsə də, sevgililərinin bu cür olmasına dözə bilmirlər.
Səliqəsiz, baxımsız olun
Az çimin, üst-başınızdan kir yağsın. Birdən “barıtı çox qoyarsınız”, elə günə düşərsiniz ki, sizi görən qaraçı bilər. Çalışın, o həddə olmasın, amma baxımsızlığınız hiss olunsun. Dırnaqlarınıza kir dolsun, tər iyi gəlsin, ətir vurmayın, saqqalınızı kəsməyin – yəni qayıdın İbtidai İcma dövrünə.
Evlilik və uşaq haqqında qəti danışmayın
İstənilən qadın evlilik və uşaq sahibi olmaq istəyir. Yaxşı ata olacaq kişidənsə heç ayrılmazlar. Ona görə də, uşaqları həmişə pisləyin, sevmədiyinizi büruzə verin, ata olmağı düşünmədiyinizi deyin. Evliliyə və ata olmağa nə qədər qarşı olduğunuzu açıq-aydın bildirin.
Öz qərarlarınızı unudun
Öz qərarlarını özü verə bilməyən kişi heç kimə lazım deyil! Harasa getməyi sevgilisindən soruşan, maşın sürərkən hansı yollu seçməsi, oxuyacağı kitabı, baxacağı filmi sevgilisindən soruşan və “Sən necə istəyirsən” sözü əvvəl sevgilinizə xoş gəlsə də, sonradan boğaza yığılıcaq.
Etiraf edin
Bura qədər saydığımız hər şeyi edib hələ də ayrıla bilməmisinizsə, ümidiniz ancaq etirafa qalır demək. Açıq-açıq izah edin hər şeyi.
Tarix: 13.05.2013 / 20:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 227 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri