Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaq və dəniz ulduzları

Bir gün bir adam dəniz kənarıyla gedirdi. Birdən o qumdan nəyisə qaldırıb dənizə atan balaca oğlana rast gəldi. Adam uşağa yaxınlaşandan sonra gördü ki o, sahildəki dəniz ulduzlarını qaldırıb suya atır. Onlar oğlanı hər tərəfdən əhatə edirdi. Sanki sahildə milyona qədər dəniz ulduzu vardı. Dəniz kənarı onlarla örtülmüşdü.

Adam uşağa yaxınlaşıb soruşdu:

— Nə üçün sən bu dəniz ulduzlarını suya atırsan?

Uşaq işini dayandırmadan dedi:

— Sabah səhərə qədər onlar sahildə qalsalar suyun çəkilməsi ucbatından ölə bilərlər.

Adam səsini yüksəldərək dedi:

— Axı bu, sadəcə, axmaqlıqdır! Ətrafına bax! Burda milyonlarla dəniz ulduzu var, onlar bütün sahili bürüyüblər. Bu qədər səy göstərməyin belə heç bir şeyi dəyişməyəcək.

Oğlan yerdən daha bir dəniz ulduzunu qaldırıb biraz düşündü, daha sonra isə onu suya atıb dedi:

— Dəyişəcək, mənim səy göstərməyim çox şeyi dəyişəcək. Bu ulduz üçün çox şeyi dəyişəcək.

Bunu eşidən adam yerdən bir dəniz ulduzunu qaldırıb onu suya atdı. Sonra daha birini… Axşam üstü çimərlikdə çox adam yığışmışdı. Hər biri bir dəniz ulduzunu qaldırıb suya atırdı. Günəş çıxdıqda isə çimərlikdə olan bütün dəniz ulduzları xilas edilmişdi.

Həyata keçirdiyiniz hər bir şeyə, onun mahiyyətinin böyük və ya kiçik olmasından aslı olmayaraq inanın. Yalnız inam sizin gücünüzü artırmağa qadirdir.


Tarix: 03.12.2014 / 14:16 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Maraqli Hekayeler
loading...