Novruz
«Mən lə yəhzəruhul fəqih»: «Novruzda Əmir-əl-mömininə bir hədiyyə gətirdilər. Həzrət soruşdu: Bu nədir? Ərz etdilər: «Ey Əmir-əl-möminin! Bu gün Novruzdur.» İmam buyurdu: «Hər günümüzü Novruza çevirin.»
Mən la yəhzuruhul-Fəqih, c. 3, səh. 300, hədis 4073
İmam Əli (ə): «Bizim Novruzumuz hər gündür.»
Mən la yəhzuruhul-Fəqih, c. 3, səh. 300, hədis 4074
İmam Sadiq (ə) (Novruz günündə onun qulluğuna gələn Müəlla ibn Xənisə xitabən): «Bilirsənmi bu gün nə gündür?» (Müəlla deyir) Ərz etdim: Sənə fəda olum, bu iranlıların əziz tutduğu və bir-birinə hədiyyə, bayramlıq verdikləri bir gündür. İmam Sadiq (ə) buyurdu: «And olsun Məkkədəki o qədim evə, bu günün qədim kökü var və mən onu sənə izah edirəm ki, biləsən....
Ey Müəlla! Novruz Allah-taalanın bəndələrdən Ona ibadət etmələrinə və heç nəyi Ona şərik qoşmayacaqlarına, elçilərinə, hüccətlərinə və imamlara (ə) iman gətirəcəklərinə vədə aldığı bir gündür. Novruz günəşin doğduğu ilk gündür...
Elə bir Novruz yoxdur ki, biz onda fərəcin olacağını gözləməyək. Çünki Novruz bizim və şiələrimizin günlərindəndir. İranlılar onu qoruyub saxladı, sizlər isə əldən buraxdınız...
Novruz iranlıların ilinin ilk günüdür. Onlar sayları otuz min nəfər olsa da, sağ qaldılar, yaşadılar və Novruz günündə su səpmək adətə çevrildi...»
Biharul-Ənvar, c. 59, səh. 92, hədis 1
İmam Sadiq (ə): «Novruz bayramı yaxınlaşanda bədənini yu, ən təmiz paltarını gey, ən xoş qoxulu ətirlərlə özünü ətirləndir və həmin gün oruc tut.»
Vəsailuş-Şiə, c. 7, səh. 346, hədis 1
«Biharul Ənvar»: «Nəql olunanlara görə, Mənsur Dəvaniqi İmam Kazimdən (ə) camaatın onu təbrik etməsi üçün Novruzda evdə oturmasını və onunçün gətirdikləri hədiyyələri qəbul etməsini xahiş edir. İmam (ə) buyurur: «Mən babam peyğəmbərin (s) hədis və rəvayətlərində axtarsam da, bu gün haqda nəsə tapmadım. Novruz iranlıların adətidir və İslam onu mənsux (ləğv) etmişdir. İslamın aradan götürdüyünü həyata qaytarmağımızdan Allaha pənah!» Mənsur dedi: «Biz bu işi yalnız döyüşçülərə görə edirik (və bir hərbi siyasətdir). Səni and verirəm o böyük Allaha, evdə əyləş.” Həzrət qəbul edir və evdə əyləşir....»
Biharul-Ənvar, c. 59, səh. 100, hədis 2 və c 48, səh. 108, hədis 9.
Bayramların zivəri.
Allahın Peyğəmbəri (s): «Öz bayramlarınızı «Allahu əkbər»lə (deməklə) zinətləndirin.»
Kənzul-Ummal, hədis 24094
Quran:
«Məryəm oğlu İsa dedi: Pərvərdigara, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o, bizlər və bizdən sonra gələnlər üçün bir bayram və Səndən bir nişanə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan.»
Maidə, ayə 114
Hədis:
İmam Əli(ə) (Bayramların birində): «Həqiqətən də, bu bayram Allah oruc-namazını qəbul edən üçün bayramdır. Allaha itaətsizlik etmədiyimiz hər bir gün bayramdır.»
Nəhcül-Bəlağənin şərhi, c. 20, səh. 73
İmam Əli(ə): «Bir bayram günündə Əmir-əl-mömininin (ə) yanına getdim. Gördüm ki, Həzrətin qarşısında açılmış süfrəyə bir az buğda çörəyi, bir qab firni və bir qaşıq var. Ərz etdim: «Ey Əmir-əl-möminin! Bayram günündə firni?» Həzrət buyurdu: «Bu, bağışlanan kimsənin bayramıdır.»
Biharul-Ənvar, c. 40, səh. 326, hədis 7
Tarix: 04.12.2014 / 11:53 Müəllif: Aziza Baxılıb: 110 Bölmə: Maraqlı melumatlar